Əsas Səhifə > Güney Press / Ana xəbər > Qaraçuxur məscidi ətrafında oyun qurmaq istəyənlər var...
Qaraçuxur məscidi ətrafında oyun qurmaq istəyənlər var...27-11-2014, 14:27 |
![]() FHN-in mətbuat xidmətinin yaydığı məlumata görə, 26 noyabrda Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın olub. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Bu faktla bağlı təhqiqat davam edir. KİV-in yazdığına görə məscidin axundu Mirmahmud Fəttahov bildirib ki, iki naməlum şəxs məscidin pəncərəsini sındıraraq içəri daxil olub və qəsdən yanğın törədiblər. (Рўrend). Bəzi KİV-lər isə belə bir fərziyyə irəli sürüb ki, yanğın dini sektalar arası mübarizənin nəticəsidir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki: “ Komitə yanğınla bağlı xüsusi araşdırma aparır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”. Komitə sədri yanğının dini sektalar arası mübarizə ilə bağlı olmasını isə belə şərh edib: “ Hər şey istintaqdan sonra məlum olacaq”. (haqqin.az) Məscid həqiqətənmi, qəsdən yandırılıb? Mirmahmud Fəttahov müxbirimizə bildirib ki, məscidin iki naməlum şəxs tərəfindən qəsdən yandırılması ilə bağlı mən heç bir KİV-ə məlumat verməmişəm. Qafqaz Müsəlmanları İdarəsi başçısının müavini Hacı Sabir qafqaznews.org-a bildirib ki, bu məlumatı ola bilər ki, müsəlmanlar arasında gərginlik yaratmaq istəyənlər ortaya atıb. Milli Məclisin üzvü Sabir Rüstəmxanlı isə qafqaznews.org-a bildirib ki, bu məlumatı yayanlar dini qarşıdurmada maraqlıdırlar. Dini icma sədri Hacı Qamət Süleymanov isə bəyan edib ki, məscid qəsdən yandırılıb, bunu ona dindarlardan biri söyləyib: “ Qaraçuxurda şiələrlə sünnilər arasında gərginlik var. Səbəb sünnilərin tərəfdarlarının artmasıdır”. Onun sözlərinə görə, izləmə kamerasında hər şey aydın görünür: “Məscidin pəncərəsi sındırılıb və içəri yandırıcı maye tökülüb”. Hacı Qaqmətin sözlərinə görə gərginliyi aradan qaldırmaq üçün icmanı 2 yerə bölmək, ayrı-ayrı məscidlərdə namaz qılmaq lazımdır. (contact.az) Sonda haqqin.az-ın məlumatına görə, məscidin yandırılmasında şübhəli bilinən taksi sürücüsü Sabunçu polisi rəfəindən saxlanılıb. 32-ci PB-dən isə taksi sürücüsünün saxlanılması xəbəri təkzib edilib. Geri qayıt |