Əsas Səhifə > Güney Press / Ana xəbər > Gülər Əhmədova BDU-da müəllim kimi fəaliyyət göstərəcək

Gülər Əhmədova BDU-da müəllim kimi fəaliyyət göstərəcək


26-11-2014, 13:09
Gülər Əhmədova BDU-da müəllim kimi fəaliyyət göstərəcək
“Gülər Əhmədova həbsdən çıxandan sonra Bakı Dövlət Universitetinə gəlməyib”.

Bu barədə AzVision.az-a açıqlamasında BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, universitetdə Gülər Əhmədovaya dərs ayrılmayıb.

“Gülər Əhmədovaya dərs ayrılmayıb. Əgər o özü bununla bağlı universitetə müraciət edərsə, ona yenidən dərs ayrılacaq. O, işdən çıxarılmayıb. Gülər Əmədova azadlığa çıxdıqdan sonra universitetə gəlməyib”.

Xatırladaq ki, Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdulayevin yaydığı videogörüntülər əsasında həbs edilmişdi. O, Cinayət Məcəlləsinin etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə maddələri ilə təqsirləndirilmişdi. Bir müddət öncə isə Bakı Appelyasiya Məhkəməsində Gülər Əhmədovanın şərti azadlığa buraxılması ilə bağlı qərar qəbul edilib.

Eks-deputat həbs edilənədək BDU-nun Psixologiya kafedrasında müəllim işləyib.

Geri qayıt