Əsas Səhifə > Güney Press / Ana xəbər > В«Banklar vətəndaşlardan В«komissiya haqqıВ» alınmasını ləğv etməlidirВ»
В«Banklar vətəndaşlardan В«komissiya haqqıВ» alınmasını ləğv etməlidirВ»21-11-2014, 14:38 |
|
DİA.AZ: - Son günlər Azərbaycanda ən çox müzakirə edilən məsələ kredit faizlərinin azaldılması ilə bağlıdır. Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra deputatların kredit faizləri ilə bağlı narahatlıq ifadə etdikdən sonra Mərkəzi Bankın İdarə Heyyətinin sədri Elman Rüstəmov açıqlama verərək bildirdi ki, gələn ildən etibarən kredit faizləri aşağı salına bilər. Lakin aparılan müzakirələr zamanı mühim bir məqam diqqətdən yayınıb. Azərbaycanda kredit faizlərinin artmasına səbəb olan mühim bir amil В«komissiya xərcləriВ»nin müştəriyə veriləcək vəsaitlərə əlavə edilməsidir. Yəni kreditorlar müştəriyə yüksək faizlə kredit verməklə yanaşı, hüquqi və fiziki şəxslərə göstərdikləri xidmətin də pulunu müştəridən alırlar. DİA.AZ-ın məlumatına görə, iqtisadçı ekspert Razi Abasbəyli hesab edir ki, Azərbaycanda banklarda verilən kreditə görə В«komissiya xərciВ»nin tutulması təcrübəsi artıq bir sıra ölkələrdə ləğv edilib. В«Gürcüstan, Türkiyədə belə bir anlayış yoxdur. Banklar onsuz da yüksək olan kreditlərə görə vətəndaşlardan xeyli pul qazana bilirlər. Lakin kredit müraciətlərini cavablandıran zaman işçilərin zəhmət haqqının da mütşərilərdən alınması faiz göstəricilərini yüksəldir. Məsələn elə banklar var ki, В«komissiya xərciВ»ni ümumi məbləğin 10 faizinə qədər hesablayır. Maraqlıdır ki, bu xərclər də ümumi vəsaitlərə daxil edilir və debütordan kreditin qaytarılma qrafikinə uyğun faizlə hesablanır. Bu anormallıq ortadan qalxsa, kredit faizləri az da olsa aşağı düşə bilərВ» deyə həmsöhbətimiz bildirdi. Qeyd edək ki, Azərbaycanın bütün banklarında kredit müraciətlərinin cavablandırılması üçün В«komissiya xərcləriВ» tətbiq edilir. Geri qayıt |