Əsas Səhifə > Güney Press / Ana xəbər > Vergilər Nazirliyi kolbasa satan vəhabiləri araşdıra bilər, amma...

Vergilər Nazirliyi kolbasa satan vəhabiləri araşdıra bilər, amma...


20-11-2014, 11:59
Vergilər Nazirliyi kolbasa satan vəhabiləri araşdıra bilər, amma...
Vergilər Nazirliyi mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış kolbasaların məscidlərin önündə qanunsuz şəkildə satışa çıxarılmasına münasibət bildirib.

Vergilər Nazirliyindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik konkret ünvan və vergi ödəyicisi haqqında məlumatlar göstərildikdən sonra dövlət vergi orqanlarının səlahiyyətləri çərçivəsində məsələyə baxa bilər:

“Vergi qanunvericiliyini pozan vergi ödəyicisinin və ya təsərrüfat subyektinin adı, konkret ünvanı olmadıqda qanunvericiliyin tələblərinə müvafiq olaraq vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi mümkün deyil”.

Qeyd edək ki, bir neçə gün öncə Mətbuat prospektində yerləşən İlahiyyat məscidində 90 UH 617 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin yük yerində vəhhabi təriqətinə mənsub görünüşdə olan şəxs mənşəyi, istehsal tarixi, firma adı, ümumiyyətlə, istehsalla bağlı üstündə heç bir qeydi olmayan kolbasa və sosiska satdığı barədə məlumat vermişdik.

Məscidlərdə ibadət etməyə gələn vəhhabilər üçün nəzərdə tutulmuş bu kolbasalar təkcə bu məsciddə yox, Qaraçuxur və Müşfiqabad məscidində də satılır.

Geri qayıt