Əsas Səhifə > Güney Press / Ana xəbər > Göyçayda silsilə oğurluq – Polis hərəkətə keçdi
Göyçayda silsilə oğurluq – Polis hərəkətə keçdi19-11-2014, 15:14 |
![]() Göyçay rayonunda son bir neçə gündə silsilə oğurluq hadisəsi baş verib. Göyçay sakinlərinin Aktual.az-a verdiyi məlumata görə, oğrular, əsasən, yaşayış olmayan evlərə girərək, qızıl-zinət əşyaları və pul aparıblar, digər əşyalara toxunmayıblar. Vətəndaşların sözlərinə görə, hadisələrlə bağlı polisə məlumat verilib. Faktı Göyçay polisində də təsdiqləyiblər. Rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Faiq İlyasov Aktual.az-a bildirib ki, hadisə ilə bağlı cinayət işi başlanıb, oğruların bir neçəsi saxlanılıb, digərlərinin axtarışı üzrə tədbirlər davam etdirilir. Rəis müavini də təsdiqləyib ki, oğrular, əsasən, yaşayış olmayan mənzillərə giriblər və vətəndaşlar bir müddət sonra evlərinə döndükdə, hadisədən xəbər tutaraq, polisə məlumat veriblər. Geri qayıt |