Əsas Səhifə > Güney Press / Ana xəbər > "Qorotdel"in yeni rəisi nazirin işdən çıxardığı şəxsə vəzifə verdi
"Qorotdel"in yeni rəisi nazirin işdən çıxardığı şəxsə vəzifə verdi19-11-2014, 11:52 |
![]() Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) yeni kadr təyinatı olub. Hüquq-mühafizə orqanlarından "Report"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Ələddin Nizaməddin oğlu İsmayılov yeni təyinat alıb. O, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əmri ilə BŞBPİ-nin Cinayət Axtarış İdarəsinə baş əməliyyat müvəkkili təyin olunub. Qeyd edək ki, Ə.İsmayılov bir müddət əvvəl nazir, general-polkovnik Ramin Usubovun əmri ilə vəzifəsindən azad olunub. Geri qayıt |