Əsas Səhifə > Güney Press / Ana xəbər > “Bakıxanov“ qəsəbəsi çirkab suların içində üzür
“Bakıxanov“ qəsəbəsi çirkab suların içində üzür15-11-2014, 16:15 |
![]() Bakının Sabuncu rayonunun inzibati mərkəzi sayılan В«BakıxanovВ» qəsəbəsində acınacaqlı vəziyyət yaranıb. Bu barədə Azinform.az-aqəsəbə sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, düz bir aydır ki, qəsəbənin ən böyük mərkəzi küçələrindən sayılan —«Səmədbəy MehmandarovВ» və В«ŞuşunskiВ»çirkab sularından xilas ola bilmir. Kanalizasiya xətlərindən axan sular rayon mərkəzində В«gözəlВ» mənzərə yaradıb. Hadisə yerində olan əməkdaşlarımız da vəziyyətin nə dərəcədə kritik olduğunu öz gözləri ilə görüblər. İş burasındadır ki, hər gün В«ŞuşunskiВ» küçəsində axan çirkab sularını tapdalayaraq yaxınlıqda yerləşən məktəb və baxçaya gedən 1000 dən artıq şagird , körpə var. Qeyd edək ki, 72 saylı orta məktəb və В«ŞəhrizadВ» adlı uşaq baxçası da məhz sözügedən ərazidə yerləşir. Sakinlərin sözlərinə görə, onlar bütün əlaqədar qurumlara müraciət etsələr də, məsələyə əncam çəkilmir. Çünki problemin kökündə Sabunçu rayon İcra Hakimiyyətinin yüksək vəzifəli işçilərindən birinin В«krışalıqВ» etdiyi qanunsuz tikili durur. Xatırladaq ki, həmin tikilinin sahibi Adil Vəliyevin rəhbərlik etdiyi qurumda çalışan məmurun yaxın qohumuna məxsusudur. Məmurun bu məsələdə etdiyi canfəşanlığın kökü də məhz qohumluq amili durur. Partlayan kanalizasiya xəttlərini təmir etmək üçün əraziyə ezam olunan əlaqədar qurumların nümayəndələri də etiraf edir ki, xəttin üstünə tikilən hasar sökülməsə problem aradan qaldırıla bilməz. Hasarı isə sökməyə heç kimin güçü çatmır. Qeyd edək ki, bir neçə gün əvvəl yağan yağışdan sonra, Keşlə qəsəbəsində həyətlərin suyun altında qalmasında da, Sabunçunun icra başçısıAdil Vəliyevə məxsus olan В«Audi CentrВ» adlı obyektin adı hallandı. Bir çox internet portallarında yayılan məlumatlarda bildirilirdi ki, В«Audi CenttВ»in mərkəzi kollektorun üstündə tikilməsi deyilən vəziyyəti yaradıbmış. Sabuncu İcra Hakimiyyətindən sorğumuza cavab verən tapılmadı. Buna baxmayaraq, onların da cavab haqqını tanıyırıq. В«BakıxanovВ»dakı real mənzərəni əks etdirən fotoları təqdim edirik: ![]()
Geri qayıt |