Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycan şirkəti təhdid edildi: “Benzin göndərilməsə…”

Azərbaycan şirkəti təhdid edildi: “Benzin göndərilməsə…”


4-11-2014, 14:39
Azərbaycan şirkəti təhdid edildi: “Benzin göndərilməsə…”
Qazaxıstan benzin tədarükünün yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan şirkətinə sanksiyalar tətbiq edəcəyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi yayıb.

Məlumatda Azərbaycan şirkətinin Qazaxıstana 6 min ton Aİ-92 benzini göndərməyəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq edəcəyi qeyd olunub.

“KazMunayQaz”ın Baş direktorunun müavini Erlan Koybaqarovun sözlərinə görə, Azərbaycan tərəfi noyabrın 10-a kimi benzinin çatdırılması məsələsini yerinə yetirməlidir:

“Müqaviləyə əsasən, benzinin çatdırılması bu il noyabrın 10-a kimi yerinə yetirilməlidir. Hazırda azərbaycanlılarda problem var və düşünürük ki, əslində, benzin göndərilməyəcək. Müqaviləyə əsasən, vəzifələrinin yerinə yetirilməyəcəyi təqdirdə şirkətə qarşı sanksiyalar tətbiq olunacaq”.

Geri qayıt