Əsas Səhifə > Güney Press / Ana xəbər > Hafiz Məmmədovdan antiböhran şoku...

Hafiz Məmmədovdan antiböhran şoku...


4-11-2014, 12:27
Hafiz Məmmədovdan antiböhran şoku...
Moderator.az-ın əldə etdiyi məlumata görə, iş adamı və cəmiyyətdə daha çox "Hafka" kimi tanınan Hafiz Məmmədov "Bakı" futbol klubuna olan borcunu yaxın zamanda ödəyəcəyini bildirib.

Belə ki, yaxın günlərdə "Hafka"nın müavini səviyyəsində keçirilən iclasda futbol klubunun oyunçularına, məşqçilərinə, ümumən klub işçilərinə olan bütün borcunu noyabr ayının sonunadək bağlayacağına söz verilib.

Mənbə onu da bildirdi ki, Hafkaın özünün də iclasda iştirakı nəzərdə tutulsa, son anda o iştirak etməyib. Sadəcə onun sözünü təmsilçisi futbol klubunun kollektivinə çatdırıb və deyib ki, narahat olmasınlar.

"Hafka"nın təmsilçisi onun adından aşağıdakı sözləri deyib:

"Düzdür, defolt olduğum üçün borcları verə bilmirdim. amma sizi əmin edirəm ki, noyabr ayının sonunadək bütün borclar bağlanacaq."

Qeyd edək ki, "Hafka" ilk dəfə olaraq bu iclasda müflis olmasını etiraf edib və deyib ki, defolt olmuşam və müəyyən maliyyə problemləri ilə üzləşmişəm:
"Sadəcə klub üzvləri mənə bir az da vaxt versinlər. Bütün işlər qaydasına düşəcək. Problemləri həll etmək mərhələsindəyəm.."

Mənbə onu da əlavə etdi ki, iclasda onun adından bu fikirlər səsləndirilsə də, klub üzvləri onun bu bəyanatına inanmadıqlarını və növbəti yalanı və vədi kimi dəyərləndiriblər.

Hətta onu niyə görə iclasda işçtirak etmədiyini irad tusalar da deyilib ki. guya o xəstə olduğundan ölkədə deyil və xaricdə müalicədədir. Bu zaman oranın sıravi texniki işçilərindən biri deyib ki, necə olur mən gündə skayp vasitəsi ilə xaricdə yaşayan yaxın qohumumla danışıram, amma Hafiz müəllim bunu edə bilmir. "İndi nə zamənədir? Texnika elə inkişaf edib ki, o da teelfonla və yaxud skayp vasitəsi ilə iclas iştirakçılarına öz sözünu deyə bilərdi",- deyə onun təmsilçisinə irad tutub. Klub üzvləri deyib ki, əlacımız nədir, noyabrın sonunu da gözləyək, O zaman Hafiz Məmmədov vədinə xilaf çıxsa klub üzvləri daha ciddi addımlara əl atacaqlarını bəyan ediblər. Onlar problemin hüquqi müstəvidə həllinə çalışacaqlarını bildiriblər.

Bu arada mənbə onu da dedi ki, "Hafka" müflis olan kimi adına olan daşınmaz əmlakı öz adından çıxararaq yaxın qohumlarının, qardaşının adına keçirib. Hətta öz ailəsindən rəsmən boşanıb və əmlakın böyük bir qismini də onun adına keçirib ki, sabah məsələ hüquqi müstəvidə həll olunarsa, o zaman onun əmlakı satışa çıxarılmasın. Görünür, o bu yolla gələcəkdə üzləşəcəyi problemlərdən sığortalanmaq üçün bu addımı atıb.

Geri qayıt