Əsas Səhifə > Güney Press / Ana xəbər > Əmlak Komitəsi "Azərtürkbank"ı aldı
Əmlak Komitəsi "Azərtürkbank"ı aldı3-11-2014, 13:48 |
![]() Azərbaycanda dövlət banklarının sayı 2 oldu. Tia.az xəbər verir ki, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarları arasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin də adı peyda olub. Belə ki, bankın saytında yerləşdirilən məlumatda bildirilir: “Azərtürkbank” ASC 25.05.1995-ci ildə T.C.Ziraat Bankası A.Ş. və Aqrarkredit Səhmdar Kredit Təşkilatı (keçmiş Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) tərəfindən təsis edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankının 29.06.1995-ci il tarixli, 234 nömrəli lisenziyası ilə 11.07.1995-ci il tarixdə fəaliyyətə başlamışdır. Hazırda, nizamnamə kapitalı 12.242.908,00 AZN təşkil edən Bankın səhmdarları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (50%), Türkiyə Respublikası Ziraat Bank (46,00 %) və Ziraat Bank Beynəlxalq Almaniyadır (4.00%). Geri qayıt |