Əsas Səhifə > Güney Press / Ana xəbər > Məktəblərimizdə uşaqlara bilik yox, təhqir öyrədilir?
Məktəblərimizdə uşaqlara bilik yox, təhqir öyrədilir?3-11-2014, 11:39 |
|
Təhsil Nazirliyi orta məktəblər üçün buraxdığı dərsliklərdə ciddi qüsurlara yol verməklə yanaşı, həm də şagirdlərin tərbiyəsini poza biləcək halların geniş yer almasına imkan yaradıb. JAM.AZ xəbər verir ki, bu hallardan daha biri Facebook səhifələrindən biri tərəfindən aşkarlanıb. Azərbaycan Dili dərsliyində məşhur yazıçı İsmayıl Şıxlının əsərindən kiçik bir epizod yerləşdirilib. Ki, orada həddindən artıq kobud, vulqar və təhqir dolu sözlər qeyd olunub. В«KüçükВ», В«Qancığın balasıВ» və digər bu kimi sözlərdən ibarət olan dialoqda vulqar sözlərin tapılması istənilir. Maraqlıdır ki, bu dərslikdə qeyd olunan cümlələrin əksəriyyəti uşaqların tərbiyyə almasına deyil, onlar daha çox tərbiyyəsinin korlanmasına xidmət edir. Belə ifadələrin və cümlələrin dərsliyə salınmasının nə qədər vacib olduğunu isə Təhsil Nazirliyi yəqin ki, özü də bilmir. Güman ki, nazirlik dərslik xatirinə dərslik nəşr etdirməklə kifayətlənib. Qeyd edək ki, bu Təhsil Nazirliyinin ilk səhvləri və xətaları deyil. İndiyə qədər əksər dərsliklərdə yanlış ifadələr, bilgilər və qeydlər yer alıb. İşin ən təhlükəli tərəfi isə odur ki, nazirlik bu qüsurları və problemləri bildiyi halda onların aradan qaldırılması üçün heç bir addım atmır. Geri qayıt |