Əsas Səhifə > Güney Press / Ana xəbər > Deputatı qəzəbləndirən klinika hansı məmurundur?
Deputatı qəzəbləndirən klinika hansı məmurundur?30-10-2014, 16:23 |
![]() Ötən gün məlumat vermişdik ki, deputat Elmira Axundova "Azercell"dən şikayətçi düşüb. Buna səbəb isə şirkətin davamlı olaraq ona klinika SMS-ləri göndərməsidir. JAM.AZ-a verilən məlumatda vurğulanmışdı ki, SMS-də doğuşun reklamını aparan klinika Baku Medical Plaza olub. JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, sözügedən tibb müəssisəi heç də kiçik ranqlı məmurun deyil. Belə ki, Baku Medical Plazanın əsas himayəçisi Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovdur. Məlumatda o da qeyd olunur ki, Rüstəmovun klinikaları bununla bitmir. Onun daha bir neçə özəl tibb müəssisəsinə sahibləndiyi deyilir. Geri qayıt |