Əsas Səhifə > Güney Press / Ana xəbər > Quba rayon məhkəməsin sədri də ciddi biznes adamı imiş...
Quba rayon məhkəməsin sədri də ciddi biznes adamı imiş...30-10-2014, 10:53 |
![]() Təəssüf hissi ilə etiraf etməliyik ki, bu gün ölkəmizin məhkəmə hakimiyyəti sistemində bir sıra boşluqlar mövcuddur. Məsələ burasındadır ki, ayrı-ayrı məhkəmə sədrləri və hakimləri vəzifələrindən sui-istifadə edərək, Azərbaycan Respublikası adından vətəndaşların narazılıqlarına səbəb olan bir sıra qərarlar çıxarırlar. Belə çıxır ki, bir sıra sahələrdə mövcud olan xoşagəlməz hallar məhkəmələrdən də yan keçməyib. Düzdür, dəfələrlə fəaliyyətlərində kobud nöqsanlara yol vermiş ayrı-ayrı hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə onlardan bəzilərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Ölkəmizdə korrupsiya, habelə digər qanunazidd əməllərə qarşı mübarizə tədbirləri ildən-ilə gücləndirilsə də, habelə ayrı-ayrı hakimlər, məhkəmə-hüquq sistemində çalışan bir sıra vəzifəli şəxslər cəzalandırılsalar da, faktlar göstərir ki, bəzi məhkəmə rəhbərləri bundan bir nəticə çıxarmırlar. Hər kəsə də məlumdur ki, hər bir demokratik dövlətdə hüquqi dövlətin əsas prinsipi hakimiyyət bölgüsü əsasında təşkil olunur. Elə məhz bu səbəbdəndir ki, Konstitusiyamızın 7-ci maddəsinin 3-cü hissəsində bu prinsip təsbit edilib. Ana Yasamızın tələblərinə görə, ölkədə məhkəmə hakimiyyətini müxtəlif məhkəmələr həyata keçirir. Məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur. Konstitusiyamızın 127-ci maddəsində isə təsbit edilib ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən, və qanunamüvafiq baxırlar. Lakin təəssüf ki, bu fikirlərin hamısını Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahovun fəaliyyəti ilə bağlı söyləmək çətindir. Məsələ burasındadır ki, bu məhkəmə sədrinin fəaliyyətini izlədikdə söylədiklərimizin demək olar, çoxuna rast gəlmək mümkün deyil. Məsələ burasındadır ki, Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahovun qanunlarımıza qarşı dırnaqarası münasibət göstərdiyi bildirilir. Qeyd olunur ki, elə bu səbəbdən də Qubada məhkəmə hakimiyyəti düzgün təşkil olunmayıb. Vətəndaşlar ədalətsiz qərarlardan narazı qalırlar. Təəssüf ki, elə həmin amillər üzündən son nəticədə qanunda yazılan müddəaların icra edilməsinə imkan vermir. Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində əvvəllər də bu məhkəmə rəhbərinin özbaşınalıqlarından dəfələrlə bəhs olunub. Habelə Füzuli Pənahovun vəzifəsindəki nöqsanlarla bağlı incə detallar ictimaiyyətə açıqlanıb. Amma görünən budur ki, məhkəmə sədri sanki bunların heç birinə məhəl qoymur və elə bil mətbuat onun üçün o qədər də ciddi anlam kəsb etmir. Bir sıra məhkəmə sədrləri, hakimlər mətbuat mənsublarına qarşı diqqətcil olsalar da, bunu Füzuli Pənahovun fəaliyyəti ilə bağlı söyləmək mümkün deyil. Quba Məhkəməsinin sədri fəaliyyətindəki nöqsanlarla bağlı ölçü götürməməklə, tənqidlərə reaksiya verməməklə mətbuata qarşı qapalı olduğunu nümayiş etdirir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, sədr bundan əvvəl çalışdığı məhkəmələrdə də bir sıra qanun pozuntularının baş verməsinə şərait yaradıb. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Füzuli Pənahov Zəngilan Məhkəməsində işlədiyi 1990-2000-ci illərdə bir sıra özbaşınalıqların baş verməsinə imkan verib. Elə bu faktlar da bəzi ailələr üçün acı sonluqla sonuclanıb. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Füzuli Pənahovu Zəngilan sakinlərindən 7 nəfər "çox yaxşı tanıyır". Çünki Quba Məhkəməsinin sədri Zəngilan Məhkəməsində işlədiyi 10 il ərzində "65 min" məsələsi ilə bir sıra sakinlərin yaddaşında həmişəlik qalıb. Həmin vaxtlar İmişli rayonunun keçmiş polis rəisi vəzifəsində çalışan Məcnunun işçisi olan İlham adında şəxs cinayətdə təqsirləndirilənlərin hər birindən nəsə alaraq onların ittiham olunduqları 88.1 maddəni 83.3-ə dəyişmişdi: "Zəngilan Məhkəməsinin hakimi olan Füzuli Pənahov isə öz növbəsində günahsız yerə həbs edilən şəxslərin qohumları ilə "başqa cür söhbətlər" apardı. Çünki ortada "65 min" məsələsi vardı. "Razılaşmalar" nəticəsində həmin şəxslərin cəzaları yüngülləşdirildi. Bu "razılaşma"ların hansı yollarla həyata keçirilməsi Füzuli Pənahova çox yaxşı məlumdur". Əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, hələ də özünəməxsus "üsullarla" işləmək ənənəsinə sadiq qalan Quba Məhkəməsinin sədri illərlə həyata keçirdiyi xoşagəlməz işləri indi də davam etdirir: "Hal-hazırda Quba Rayon Məhkəməsində bir sıra xoşagəlməz hadisələr baş verir. Məsələ burasındadır ki, məhkəmənin bəzi hakimlərinin çıxardığı qərarlar nəinki mühakimə olunanların, bəzən hətta şikayətçilərin, zərərçəkənlərin özlərinin də kəskin narazılıqları ilə qarşılanır. Bunun səbəbləri isə məhkəmənin sədrinə çox yaxşı məlumdur". Bildirilir ki, bəzən rayonda hansısa cinayət işində ittiham olunan vətəndaşlar nələrinsə müqabilində labüd cəzalardan yayınır, hətta məsuliyyətdən də qurtara bilirlər. Bütün bunları isə Quba Rayon Məhkəməsi sədrinin fəaliyyətindəki nöqsanlardan xəbər verir. Qanunun tələbləri çərçivəsindən kənara çıxan bir sıra məhkəmələrin hakimlərinin tutduqları vəzifələrdən azad olunaraq başqa işə keçirilməsi, ayrı-ayrı məhkəmələrin hakimlərinin intizam məsuliyyətinə cəlb edilməklə hakimlik səlahiyyətinə xitam verilməsi onu göstərir ki, fəaliyyətində ciddi nöqsanlara yol verən heç bir ədliyyə işçisi onları gözləyən labüd cəzalardan yayına, inzibati məsuliyyətdən kənarda qala bilmirlər. Sadalananlar göstərir ki, bir sıra həmkarlarının yol verdiyi nöqsanları təkrarlamaqda davam edən Füzuli Pənahovu da cəzalandırılmış hakimlərin aqibəti gözləyə bilər. Ən azı ona görə ki, Quba Rayon Məhkəməsinin birinci instansiya məhkəməsi kimi rayonun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə obyektiv, qərəzsiz baxmadığı deyilir. Füzuli Pənahovun adının bir sıra xoşagəlməz işlərdə, ziddiyyətli, rayonda narazılıq doğuran məhkəmə qərarlarının verilməsində hallandırılması məhkəmə sədrinin nöqsanlı fəaliyyətinin ədliyyə sistemini nüfuzdan saldığını göstərir. Bildirilir ki, onun rəhbərlik etdiyi məhkəmədə bəzi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən, və qanunamüvafiq baxılmır. Redaksiyamıza daxil olan daha bir xəbərdə isə qeyd olunur ki, Quba Rayon Məhkəməsinin sədri Füzuli Pənahovla Quba Özəl Türk Liseyinin (ÖTL) müdiri Mustafa Alagözoğlu arasında gizli işgüzar əlaqələr mövcuddur. Bir müddət bundan əvvəl Quba ÖTL-nin müdiri məhkəmə sədri ilə görüşü da buna əyani misal ola bilər. Quba Özəl Türk Liseyinin müdirinin məhkəmə sədri ilə görüşü hətta mətbuata sızsa da, bu təmasların mövzusu barədə heç nə deyilmədi. İlk öncə tanışlıq məqsədi ilə keçirilən görüşdə Mustafa Alagözoğlu Füzuli Pənahova liseyin fəaliyyətə başladığı dövrdən əldə etdiyi uğurları haqqında geniş məlumat verdi: "Mediada bildirildi ki, lisey rəhbəri məktəblilərinin beynəlxalq fənn olimpiadalarında eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda yüksək nəticələr göstərmələrindən danışıb. Mustafa Alagözoğlu lisey şagirdlərinin təhsildə daha yüksək nailiyyətlər əldə etməsi üçün lazımi şəraitin hazırlandığı bildirib. Quba Rayon Məhkəməsinin sədri liseyin uğurlarından məmnun olduğunu bildirib. Quba Özəl Türk Liseyinin rəhbəri ilə məhkəmə sədrinin mediaya ötürülən görüşünün rəsmi tərəfi ilə bağlı yalnız bunlar qeyd edildi. Amma məsələnin digər, görünməyən tərəfləri də var. Məsələ burasındadır ki, Füzuli Pənahovun türk iş adamı ilə qardaş ölkədə xüsusi biznes qurduğu bildirilir. Qeyd olunur ki, həmin əlaqələrin əsası onların ilk görüşündən sonra qoyulub. Deyilənə görə, Quba Rayon Məhkəməsinin sədri ilə lisey rəhbərinin Türkiyədə şərikli biznes obyektlərə malikdir. Halbuki qanun məhkəmə hakiminin hər hansı biznes fəaliyyəti ilə məşğul olmasını yasaq edir. Amma bütün bunlara baxmayaraq Füzuli Pənahovun adının biznes işlərində hallandırılması Quba Rayon Məhkəməsi sədrinin fəaliyyətində araşdırılmağa ehtiyacı olan bir çox faktların mövcud olduğunu göstərir. Bildirilir ki, Füzuli Pənahov biznes obyektlərini yaxınlarından birinin adına sənədləşdirib". Bildirilir ki, Quba Rayon Məhkəməsi nin sədri Quba Özəl Türk Liseyinin rəhbəri ilə görüşlərə qeyri-rəsmi formada qatılır. Özü də bu təmaslar son vaxtlar daha da intensivləşib. Bütün bunlar isə məhkəmə sədrinin qonşu ölkədəki müəmmalı biznes əməliyyatları ilə bağlı söylənilənlərin araşdırılmasını zəruri edir. Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. \\ gundelik-baki \\ Geri qayıt |