Əsas Səhifə > Güney Press / Ana xəbər > Prezident icra başçısını nüfuzdan salmağa çalışır

Prezident icra başçısını nüfuzdan salmağa çalışır


29-10-2014, 09:22
Prezident icra başçısını nüfuzdan salmağa çalışır
Dağıstanın Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyev Dərbəndə Abdullatipovun xüsusi tapşırığı ilə gəlib.

Bu barədə Axar.az-a Dərbənddəki etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbə Abdullatipovun Qurban Qurbanovun Dərbənd rəhbərliyindəki son tərəfdarlarını da aradan qaldırmaq niyyətində olduğunu bildirib. O, məhz buna görə prezidentin ən çox etibar etdiyi şəxs olan Ramazan Əliyevi Dərbəndə göndərdiyini deyib. Administrasiya rəhbəri isə öz növbəsində Dərbənd rayonunun rəhbərliyinin vəzifələrini müvəqqqəti icra edən Əli Xazbulatovdan Qurban Qurbanovun insanlar üzərində olan təsir imkanlarından əl çəkməsini istəyib.

Mənbə Ramazan Əliyevin həm də Qurban Qurbanovun hökumətə qarşı qaldırdığı və indiyə qədər mediaya bəlli olmayan məhkəmə iddiasını da geri götürtməyə çalışdığını söyləyib. O, bu məsələdə cavabdeh tərəfin Əmlak Nazirliyinin olduğunu deyib. Məhz Xazbulatova bununla əlaqədar Dərbənd Administrasiyasının binasında təzyiqlər edildiyi bildirilib.

Qeyd edək ki, bu gün Dağıstan Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyev Dərbəndə öz müavini Aleksey Həsənovla birgə səfər edib. Həmçinin onunla bərabər Qurban Qurbanovun evinin qarşısında çoxlu sayda polis əməkdaşının toplaşdığı da bəlli olmuşdu.

Geri qayıt