Əsas Səhifə > Güney Press / Ana xəbər > Millət vəkilindən bələdiyyə seçkilərilə bağlı ilginc ittiham
Millət vəkilindən bələdiyyə seçkilərilə bağlı ilginc ittiham28-10-2014, 14:48 |
![]() Millət vəkili Qalib Salahzadə “Bələdiyyələrin statusu” haqqında qanun layihəsinin müzakirəsi zamanı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki. o qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının bələdiyyənin statusunu ləğv etmək səlahiyyəti yoxdur: “Ümumiyyətlə, nə qədər ki icra hakimiyyətləri bələdiyyələrə nəzarət edir, onların inkişafından söz gedə bilməz. Hazırda bələdiyyə seçkiləri yaxınlaşır. Bu saat mən bilirəm ki, Sabunçu rayonunda bələdiyyələr artıq seçilib, hamı bilir ki, kim sədr olacaq. Sonra da deyirlər ki, kadr yoxdu. Kadrlar var, amma işləməyə qoymurlar. Mən bir az cürətli danşdım, amma düz danışdım”. Qeyd edək ki, bir müddət əvvəl də 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Qalib Salahzadə rayondakı problemlərlə bağlı icra başçısı Adil Vəliyevi ittiham etmişdi. Geri qayıt |