Əsas Səhifə > Güney Press / Ana xəbər > Təhlükə: Neft Fondunun Moskvadakı obyektləri də ucuzlaşdı

Təhlükə: Neft Fondunun Moskvadakı obyektləri də ucuzlaşdı


28-10-2014, 12:06
Təhlükə: Neft Fondunun Moskvadakı obyektləri də ucuzlaşdı
“Gözlənildiyi kimi, sanksiyalar artıq Rusiyanın daşınmaz əmlak bazarına da çatıb”.

Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk səhifəsində yazıb.

O, Neft Fondunun buradakı obyektlərində də avtomatik olaraq icarə haqlarının aşağı düşəcəyini bildirib:

“Moskvanın məşhur Tverskaya küçəsindəki ticarət obyektlərinin icarə qiymətləri ilin əvvəlindən 10-15% ucuzlaşıb. Xatırladım ki, Neft Fondu 2012-ci ildə 133 milyon ABŞ dollarına Tverskaya 16 küçəsində yerləşən “Qalereya Aktyor”ofis-ticarət mərkəzini alıb. Və bildirilirdi ki, Fondun illik icarə haqqından qazancı 9,6 milyon ABŞ dolları olacaq”.

Geri qayıt