Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağ əlili qızının müalicəsinə kömək istəyir

Qarabağ əlili qızının müalicəsinə kömək istəyir


27-10-2014, 16:46
Qarabağ əlili qızının müalicəsinə kömək istəyir
Bakının Sahil qəsəbəsində yaşayan Qarabağ müharibəsi əlili Fərhad Əliyevin övladı ağır xəstəlidən əziyyət çəkir.

Fərhad Əliyev “Media forum” saytına göndərdiyi müraciətdə yazır ki, 1999-cu ildə anadan olan qızı Fidan Əliyeva 2009-cu ildə sarılıq xəstəliyinə tutulub: “Həkimlər ona ağır hepatit diaqnozu qoyublar. Bakıda müxtəlif xəstəxanalarda müalicə alıb. Müalicənin nəticəsi olmadığına görə borc pul tapıb qızı İrana apardım, orada həkimlər müayinə etdilər, dərmanlar yazdılar, amma nəticəsi olmadı. Qızımın vəziyyəti günü- gündən ağırlaşır. Həkimlər deyirlər ki, təcili əməliyyat olunmalıdır, qızımın qaraciyəri dəyişdirilməlidir”.

Qarabağ müharibəsində döyüşlərdə yaralanaraq ömürlük əlilə çevrilmiş ata bildirir ki, müxtəlif instansiyalara üz tutsa da, ona kömək edən olmayıb, çarəsiz ailə 15 yaşlı Fidanı xilas etmək üçün riskli bir qərar verib: “Qızımın həyatını xilas etmək üçün ona qaraciyər köçürülməlidir. Bu, çox bahalı əməliyyatdır, mənim isə imkanım yoxdur. Həyat yoldaşım donor olmağa razılıq verib, övladımızı xilas etmək üçün qaraciyərinin bir hissəsini övladımıza bağışlayıb. Əməliyyat üçün 60 min manat lazımdır. Hansı xəstəxanaya getsəm, bu qədər pul istəyirlər. Mənim buna gücüm çatmır. Balaca Fidanın xilası üçün imkanlı insanlardan kömək istəyirəm”.

Əliyeva Fidan Fərhad qızının adına “Bank Standard”ın Sahil filialında hesab açılıb. Hesabı təqdim edirik:

41010944050394045001 (AZN)

41020840050394045001 (ABŞ dolları)

Əlaqə telefonu: 050-386-30-10, (012) 446-22-23 - Fərhad Əliyev.

Ünvan: Qaradağ rayonu Sahil qəsəbəsi, Əlyar Gülbabayev küçəsi 6, mənzil 43.

Geri qayıt