Əsas Səhifə > Güney Press / Ana xəbər > Şöbə müdiri məktəb direktorlarından 5 min manat istəyir
Şöbə müdiri məktəb direktorlarından 5 min manat istəyir24-10-2014, 14:41 |
![]() Maliyyə Nazirliyinin Saatlı Təhsil Şöbəsində yoxlamalara başlamasından sonra şöbənin müdiri Şamil Nurliyev hərəkətə keçib. JAM.AZ-a müraciət edən təhsil işçilərindən biri bildirib ki, Nurəliyev nazirliyin işçilərini yola salmaq üçün məktəb direktorlarının hər birindən 3-5 min manat pul tələb edir. Mənbənin bildirdiyinə görə, direktorların bəziləri bu pulu vermək imkanında olmadığını şöbə müdirinə çatdırsalar da, Nurəliyev onların fikirləri ilə razılaşmayıb. Hətta onlara pulun В«mənbəyiВ»ni göstərərək, В«tövsiyyəВ» də verib. Belə ki, Saatlı təhsil şöbəsinin müdiri direktorlara В«tövsiyyəВ» edib ki, tələb olunan pulu əldə etmək üçün Kapital Bankın yerli şöbəsinə müraciət etsinlər. Yəni, həmin bank filialından kredit götürsünlər. JAM.AZ-a danışan mənbə onu da bildirib ki, Kapital Bankın Saatlı filialının rəhbəri Sakit Zahidovla təhsil şöbəsinin müdiri Şamil Nurəliyevin şərikli biznesləri var. Rayonda bir sıra sahələrlə В«əməkdaşlıqВ» edən sözügedən şəxslər, həmçinin bank imkanlarından da yararlanırlar. Məlumata görə, bank filialından kredit götürən təhsil işçilərindən həmin pulun ən azı 15-20 faizi tutulur ki, bu məbləğ də şöbə müdiri ilə Zahidov arasında bölüşdürülür. Yazıda adı keçən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |