Əsas Səhifə > Güney Press / Ana xəbər > Bacısının başını kəsən qız istintaqa verdiyi ifadəsində nələri dedi
Bacısının başını kəsən qız istintaqa verdiyi ifadəsində nələri dedi23-10-2014, 12:52 |
![]() Hadisə paytaxtın Xətai rayonu ərazisində Xudu Məmmədov küçəsi 18 bina 1 a mənzil 39-da qeydə alınıb. Həmin mənzildə iki əkiz bacısı ilə birlikdə yaşayan 20 yaşlı Günel Nuriyeva naməlum şəxs tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Günel Nuriyevanın öldürülməsini binanın komendantına onun əkiz bacıları xəbər veriblər. Komendant isə dərhal Daxili İşlər Nazirliyinin "102 xidməti" ilə əlaqə saxlayaraq, olanlar barədə polisi məlumatlandırıb. İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq eskpertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib. Cinayət baş verən ünvanda işləyən ekspertlərin rəyinə görə, naməlum şəxs əvvəlcə Güneli qolundan bıçaqlayıb. Sonra isə onu digər otağa aparan cinayətkar əl-ayağını bağlayaraq, başını kəsib. Bundan sonra qətli törədən şəxs vanna otağında yuyunaraq mənzili tərk edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun yaxın ətrafını müəyyənləşdiriblər. Gunelin əkiz bacılarından biri olan Pərvanə Nuriyeva istintaqçılarla söhbət zamanı hadisə baş verən zaman Günelin evdə tək olduğunu deyib. Evdə olan pul, qızıl, telefon və digər qiymətli əşyaların toxunulmaz qalması, qətlin tamah məqsədilə törədilməsi etimalını yoxa endirib. Əməliyyatçılar qətlin qisqanclıq zəminində törədilməsi fərziyələrinin üzərində də işləyiblər. Mərhumun əkiz bacılardan biri 19 yaşlı Pərvanə Nuriyeva hüquq-mühafizə orqanları tərəfindən dindirilərkən onun çaşqın ifadələri istintaqçılarda müəyyən şübhələr yaradıb. Aramsız dindirmələrdə iştirak edən qız sonda cinayətin onun tərəfindən törədilməsini etiraf edib. Pərvanə Nuriyeva polis tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Saxlanılan Pərvanə Nuriyeva istintaqa ilkin ifadəsində bildirib ki, bacısının cinsi azlıq nümayəndəsi olmasından şübhələnib və onun evə digər qızları gətirməsinə etiraz edib. O, kiçik bacısından bu əməllərinə son qoymasını tələb edib. Lakin musiqi məktəbinin piano sinfinin tələbəsi olan Günel Nuriyeva bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında münaqişə yaranıb. Münaqişə zəminində Pərvanə Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb: В«Bacımın hərəkətləri məndə şübhə yaradırdı. Normal hərəkətlər etmirdi. Hər gün evə qızlar gətirirdi. Onun cinsi azlıq olduğu mənə təsir edirdi. Bu səbəbdən də mübahisəmiz tez-tez düşürdü. Sonuncu dəfə özümü saxlaya bilmədim, öldürmək məcburiyyətində qaldımВ». Baş vermiş faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin xüsusi amasızlıqla qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Başlanan cinayət işinin istintaqı üzrə araşdırmalar davam edir. Qeyd edək ki, Bakıda təhsil alan tələbə bacıların ataları Etibar Nuriyevin Şəki şəhərində bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir. Geri qayıt |