Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakının sallana-sallana gedən sərnişinləri

Bakının sallana-sallana gedən sərnişinləri


22-10-2014, 11:21
Bakının sallana-sallana gedən sərnişinləri
Bakıda sərnişin avtobuslarında sərnişinlərin qapılardan sallanması ilə bağlı şikayətlər bitib-tükənmir.

ANS PRESS-in “Qaynar xətti”nə gələn şikayətə əsasən Mehdiabad qəsəbəsində sərnişin avtobusları səhər saatlarında basabas olur. Hətta sərnişinlər qapıdan sallanırlar.

Bununla əlaqədar avtobusu tabe olduğu şirkətlə əlaqə saxladıq. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, 179 saylı avtobusun işlədiyi yollar bərbad gündədir. Bundan da əlavə, həmin istiqamətdə səhər və axşam saatlarında dəhşətli tıxac olur. Bu səbəbdən də avtobuslar yollarda qalır. Bəziləri isə xarab olur.

“Düzdür biz sürücülərimizə tapşırmışıq ki, qapı açıq avtobus sürməyin. Amma hamının üstündə bir nəzarətçi saxlaya bilmirik. Belə hallara rast gələndə sürücüləri cəzalandırırıq. Amma yolların bərbad olması vəziyyəti ağırlaşdırır”, - deyə şirkətdən bildirilib.



Geri qayıt