Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda daha bir avtobus biabırçılığı

Bakıda daha bir avtobus biabırçılığı


20-10-2014, 12:17
Bakıda daha bir avtobus biabırçılığı
Bakıda daha bir avtobusu özbaşınalıq edib. ANS PRESS-in məlumatına görə, bu barədə Facebook sosial şəbəkədə fto paylaşılıb.

Fotoda da görünür ki, “DAEWOO” markalı, 90 YX 137 dövlət nömrə nişanlı, 136 saylı xətt üzrə hərəkət edən avtobus sərnişinlərin həyatını təhlükəyə atıb.

Belə ki, avtobus dayanacaqda saxlamayıb. Bundan əlavə avtobus yolun ortasındakı bardürü keçib. Avtobusun sərnişinlə dolu olub. Sərnişinlər etirazlarını bildirsələr də sürücü heç bir əhəmiyyət verməyib.

Məsələ ilə əlaqədar 136 saylı avtobusun tabe olduğu “General-Avtokombeni” MMC ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Akif Rzayev bu barədə xəbərsiz olduğunu bildirdi.

“Əmin olun ki, bu barədə tədbir görüləcək. İndi araşdırma aparacağıq. Hansı sürücüdü, onu müəyyən edəcəyik. Həmin sürücü mütləq cəzalandırılacaq”, - deyə Akif Rzayev bildirib.

Geri qayıt