Əsas Səhifə > Güney Press / Ana xəbər > BDU tələbələri Nazirlər Kabinetinin qərarına etiraz edirlər
BDU tələbələri Nazirlər Kabinetinin qərarına etiraz edirlər20-10-2014, 10:55 |
|
Bakı Dövlət Universitetinin tələbələri Nazirlər Kabinetinin kəsrlərlə bağlı müvafiq qərarına görə, yenidən narazılıqlarını bildiriblər. Hafta.az-ın məlumatına görə, bir qrup tələbə kəsr problemləri ilə bağlı prezidentə müraciət ediblər. Onlar müraciətlərində aşağıdakıları bildiriblər: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına görə, kəsri olan tələbələr 2014-cü ildən etibarən alt qruplarda oturmaq üçün əlavə ödəniş etməli olublar. Buna etiraz etmək üçün 2014-cü ilin 20 fevralında Bakı Dövlət Universitetinin tələbələri olaraq aksiya keçirdik. Səsimizi kifayət qədər duyura bilsək də, bu, problemin həlli üçün bəs etmədi. Bundan sonra etirazımızı daha sivil yolla çatdırmaq istədik və "qəpik aksiyası" keçirdik. Amma bu da qərarın dəyişdirilməsi üçün kifayət etmədi. Bu dəfə problemi birbaşa prezident İlham Əliyevin diqqətinə çatdırmaq üçün ona müraciət edirik. Bunun üçün də bütün universitetlərin tələbələrini prezidentə ünvanlanan məktub üçün imza atmağa çağırıram”. Tələbələr bildiriblər ki, onların bu addımına universitet rəhbərliyi tərəfindən qarşı çıxılarsa, aksiya edəcəklər. Qeyd edək ki, tələbələrin prezidentə ünvanlayacaq olduqları məktuba imza atmaq üçün artıq 6 mindən çox şəxs dəvət olunub. Geri qayıt |