Əsas Səhifə > Güney Press / Ana xəbər > Heydər Əsədov növbəti struktur islahatlarına gedir

Heydər Əsədov növbəti struktur islahatlarına gedir


18-10-2014, 11:13
Heydər Əsədov növbəti struktur islahatlarına gedir
Kənd Təsərrüfatı Nazirliyi (KTN) sistemində struktur dəyişiklikləri davam etdiriləcək. Lent.az-ın əldə etdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyində yaradılan yeni xidmətlərin rayon idarələri ləğv ediləcək. Onların bazasında isə regional idarələr yaradılcaq.
Belə ki, KTN-in Dövlət Baytarlıq Nəzarəti Xidməti, Dövlət Texniki Nəzarət Xidmətinin rayon idarələri ləğv olunması bu sıraya daxildir.
Bir neçə gün öncə Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında yaradılan Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin regional idarələri də yaradılacaq.
Qeyd edək ki, adıçəkilən qurumların əksəriyyətinə, o cümlədən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə hələ də rəis təyin olunmaması da bununla bağlıdır.

Geri qayıt