Əsas Səhifə > Güney Press / Ana xəbər > Abbas Abbasovun oğlu: “Atam? Çox gülməlidir...”

Abbas Abbasovun oğlu: “Atam? Çox gülməlidir...”


18-10-2014, 10:46
Abbas Abbasovun oğlu: “Atam? Çox gülməlidir...”
Hazırda Moskvada yaşayan baş nazirin sabiq I müavini Abbas Abbasovun personası yenidən müxalifət mətbuatının diqqət mərkəzindədir. Qəzetlər onun fəallaşdığını yazırlar.

İddia və versiyalar belədir ki, Kreml Azərbaycanda daxili siyasi gərginliyin yaranmasına hesablanmış hansısa yeni siyasi planlar hazırlayır. O da bildirilir ki, Rusiyadakı Azərbaycan icmasının liderlərindən olan Abbas Abbasova da bu planlarda ciddi rol ayrılıb.

A.Abbasovun oğlu, deputat Aydın Abbasov isə bu yazılanları “sadəcə gülməli nağıl” adlandırıb. Deputat virtualaz.org saytına açıqlamasında atası haqda yayılan bu xəbərləri əsassız sayıb: “Adi tənqidə də dözməyən tamamilə boş və cəfəng iddiadır. Bu, o qədər absurd iddiadır ki, ona heç şərh də verə bilmirəm. Bunu yazan, düşünən adamlarda nəinki məntiq, heç adicə yumor hissi də çatmır. Həmin adamlar görünür, nə qəzet oxumur, nə də televizora baxmırlar. Dünyada, bizim regionda, Azərbaycanda hansı proseslərin getməyindən bixəbərdirlər”.

Azərbaycanla Rusiya arasındakı münasibətlərin indi çox isti olduğunu xatırladan Aydın Abbasov hesab edir ki, bunu görə-görə Rusiyanın Bakıda hansısa çevriliş törətmək cəhdindən danışmaq sadəcə siyasi kütlüyün göstəricisidir: “Rusiya özünə dost-müttəfiq ölkədə niyə çevriliş törətsin ki?! Burada məntiq hanı? Mən bu iddiaları ortaya atan adamlara məsləhət görərdim ki, kurslara getsinlər, məntiq öyrənsinlər. Abbas Abbasovun mövqeyinə gəlincə isə o, bunu hələ 1993-cü ildə müəyyən edib. Heydər Əliyevin yanında dayanmaqla...”

Geri qayıt