Əsas Səhifə > Güney Press / Ana xəbər > İlham Əliyev Qərbin köməyi ilə Xəzərə nəzarəti ələ alır
İlham Əliyev Qərbin köməyi ilə Xəzərə nəzarəti ələ alır17-10-2014, 13:53 |
![]() Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərinin ardınca “Arqumenti nedeli” nəşri Xəzər tematikasında sensasion məlumatlardan ibarət məqalə dərc edib. Virtualaz.org saytı xəbər verir ki, məqalədə sentyabrın 29-da Həştərxanda keçirilən Xəzər sammitində beş ölkə Xəzərdə təhlükəsizlik məsələsində anlaşma əldə etdi. Bu anlaşmaya görə, Xəzərdə təhlükəsizlik ancaq sahilyanı ölkələrin işidir və xarici qüvvələrin bu işə qarışması mümkün olmayacaq. Qəzetin yazdığına görə, Kreml bu anlaşmanı rəsmən qələbə kimi təqdim edib, ancaq Rusiyanın Xəzər triumfu əslində təhdid altındadır. Qəzet öz mənbələrinə (çox güman ki, Rusiya Müdafiə Nazirliyindəki mənbələrinə) istinadən belə nəticəyə gəlir ki, 2016-cı ildə Azərbaycanın Hərbi-Dəniz Qüvvələri (HDQ) öz gücünə görə hətta Rusiya donanmasını da keçəcək. Qəzetin yazdığıba görə, prezident İlham Əliyev İsrailin, Fransanın və Xorvatiyanın köməyi ilə bütün Xəzər regionunu nəzarətinə keçirə bilər. Virtualaz.org saytı “Rusiyanın Xəzər triumfunu kim korladı?” başlıqlı məqalədən seçmələri təqdim edirik: * * * “...Əliyevin ambisiyalarının artmasının ən bariz nümunəsi Azərbaycanın dənizdə fəal şəkildə silahlanmasıdır. Yeri gəlmişkən, hazırda bu ölkə Xəzərdə real sualtı donanmaya malik olan yeganə ölkədir. Ümumiyyətlə götürəndə bu ölkənin Hərbi Dəniz Donanması öz gücünə görə ancaq Rusiya donanmasından geri qalır, özü də azacıq. Lakin Azərbaycan donanmasının modernləşdirilməsi proqramının həyata keçirilməsi halında o, artıq 2016-cı ildən etibarən Rusiyanın Xəzər donanmasını da ötüb keçəcək. Azərbaycanın silahlanmasına ən çox İsrail, Fransa və Xorvatiya maraq göstərir. Situasiyanın kəskinliyi həm də onunla əlaqəlidir ki, dünya silah istehsalçıları, konkret olaraq Fransa və İsrail şirkətləri böyük patrul gəmilərinin satışı uğrunda öz aralarında rəqabətə giriblər. Bu, patrul gəmilərinə dair müqaviləyə aiddir. Belə müqavilələrdən biri 2014-cü ilin avqustunda Bakı ilə Təl-Əviv arasında imzalanıb. Sənəd Azərbaycanın sahil mühafizə qüvvələrinə 12 patrul gəmisinin verilməsini nəzərdə tutur. Bu arada Fransanın DCNS gəmi istehsalı şirkəti bütün mümkün yollarla bu sövdələşməni öz xeyrinə dəyişdirməyə çalışır. Fransa şirkəti Azərbaycanda öz lobbiçisi - bu ölkədən olan CİFAL konsaltinq firması vasitəsilə hərəkət edir. Onun nümayəndələri Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun məhz “Gowind” sinfindən olan Fransa patrul gəmiləri “Adriat”lara üstünlük verməsinə çalışırlar. Parisin şansı var ki, israilli rəqiblərinin uğurundan irəli gələn ləngiməni belə desək, quru hərb vasitələri ilə doldursunlar. Belə ki, Azərbaycan Hərbi-Dəniz Qüvvələrinin müşahidə olunan güclənməsi onun bazalarını və enerji resursları yataqlarını sahildən müasir hava hücumundan müdafiə (HHM) sistemləri ilə qorumaq zərurəti yaradır. Prioritet sövdələşmələrdən birini Bakıya 2014-cü ilin avqust-sentyabrında təklif ediblər. O cümlədən Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərinin gedişində. Bu, Fransanın “Eurosam” konsorsiumunun “Thales” və MBDA şirkətləri ilə partnyorluq şəraitində istehsal etdiyi hava hücumundan müdafiə vasitələridir. Ancaq Bakı ölkə prezidenti İlham Əliyevin kəşfiyyat-diversiya missiyalarının yerinə yetirilməsi üçün yüksək manevrli gəmilərdən ibarət müasir donanmanın yaradılması tapşırığı əsasında öz sualtı donanmasını yaratmaqla məşğuldur. Onların köməyi ilə Bakı ehtimal olunan düşmənin hərbi donanmasına, eyni zamanda zərurət yaransa onun strateji obyektlərinə zərbə endirməyi nəzərdə tutur. İstənilən halda belə silaha malik olmaqla Azərbaycan Xəzərdə öz ərazi suları hesab etdiyi zonada sürətlə möhkəmlənməyə imkan qazanacaq. Problem bundan ibarətdir ki, Azərbaycana mini-sualtı qayıqları sata biləcək təchizatçıların siyahısı məhduddur. Məsələn, kiçik sualtı qayıqları Şimali Koreya istehsal edir və onları İranla Rusiyaya istiqamətləndirir. Hər halda hələlik bu ölkələr Bakıya belə gəmilər satmayacaq. Ona görə də Bakı başqa yolla getməyə məcburdur. Sovet mini-sualtı qayıqlarını Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən özəl “Adria Map” verfisində modernləşdirmək yolunu. “Adria Map” hələ də Şərq bloku ölkələrində istismar olunan köhnə sovet gəmilərini son nou-hau və ehtiyat hissələrinin köməyi ilə modernləşdirə bilən azsaylı verfilərdən biridir. Bu şirkət sovet dövründə istehsal olunan hərbi gəmilərin təmiri və modernləşdirilməsi üzrə ixtisaslaşıb. 2014-cü ilin iyul ayına olan məlumatlara görə, bu şirkət SSRİ tərəfindən 1970-ci illərdə istehsal olunan, Azərbaycana məxsus bir neçə “Triton-M1” və “Triton-M2” mini-sualtı qayıqlarını modernləşdirib. Maraqlıdır ki, 2003-cü ildə fəaliyyətə başladıqdan sonra şirkət əsasən Liviya ilə müqavilələri yerinə yetirirdi, lakin Müəmmar Qəzzafinin devrilməsindən sonra şirkətin baş direktoru Mladen Sariç yeni gəlir mənbələri axtarmağa başladı. Bu mənbəni o, tezliklə Azərbaycanda tapdı. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və onun sələfi Səfər Əbiyev Zaqrebə dəfələrlə səfər ediblər. Xorvatiya Azərbaycan Silahlı Qüvvələrini hərbi texnika ilə təchiz etməklə yanaşı Bakını “Geofoto Zagreb” şirkəti vasitəsilə xüsusi xəritələrlə təmin edir. Bu şirkət fotoqrammetriya və çoğrafi informasiya sistemləri (GİS) üzrə ixtisaslaşıb. Bu şirkətlə əməkdaşlıq Azərbaycana imkan verir ki, o cümlədən Xəzərdə militarizasiya ilə bağlı öz rəqiblərinə konkret məlumatlarla iradlar bildirsin. Çəkilişlərin yüksək dəqiqliyi şirkətin hətta inkişaf etmiş Qərb ölkələrinin ehtiyacı olan ən müasir avadanlıqlara malik olmasıı ilə əlaqəlidir. Bunun üçün şirkət “Vexcel UltraCamX” rəqəmsal kameraları və əksetdirmə sistemləri “LiDAR IGI Litemapper 6800-400” ilə təchiz olunan 4 təyyarədən (“Cessna Citation II”, “Piper Aztec” və iki “Piper Cheyenne”) istifadə edir. Vacib məqamdır ki, şirkətin səhmdarı Avropa Yenidənqurma və İnkişaf Bankıdır. Bank ötən il şirkəti müflis edib tam ələ keçirməyə çalışırdı. Aydındır ki, Bakı öz hərbi-dəniz potensialını sırf Ermənistanın quru qüvvələrinə qarşı gücləndirmir. Və onun dəniz qüvvələrinin bundan sonrakı güclənməsi məhz Xəzər dənizində resursların güc yolu ilə yenidən bölüşdürülməsi üçün əsas yaradacaq. Bu isə öz növbəsində Rusiyanın planlarına zərbə vuracaq. Məsələn, prezident İlham Əliyev Xəzər dənizində sərbəst gəmiçilik ideyasının Azərbaycanın ərazi sularına aid olmasına qarşı çıxır. O, həmçinin Qərbin təklif etdiyi “Transxəzər” qaz kəməri layihəsinə Moskvanın kəskin reaksiyasından ehtiyat edir. İstənilən halda elə situasiya yaranır ki, məhz Azərbaycan Xəzərdə başqa ölkələrin hesabına mühüm üstünlüklər əldə etmək üçün səssiz-səmirsiz Qərbin köməyini alır. Özü də Azərbaycanın Xəzər militarizasiyası strategiyasına Brüsselin və Vaşinqtonun aydın dəstəyi hiss olunur. Gec-tez o, Xəzərdəki mübahisəli yataqlar Çin şirkətlərinə vermək istəyən Türkmənistana qarşı güc tətbiqinə əl ata bilər...” Geri qayıt |