Əsas Səhifə > Güney Press / Ana xəbər > Müdafiə Nazirliyinin rəhbərliyinə yeni şok ittihamlar seriyası
Müdafiə Nazirliyinin rəhbərliyinə yeni şok ittihamlar seriyası13-10-2014, 10:11 |
![]() İki gün öncə bir qrup hərbçinin Moderator.az-a şok hesab olunacaq şikayət məktubu daxil olmuşdu. Həmin məktub burada "Hərbi Jurnalistlər" İctimai Birliyinin rəhbəri, polkovnik-leytenant Üzeyir Cəfərov da həmin məktubu oxuyub və saytımıza açıqlamasında olayı şərh edib: Bir qrup hərbçinin adından maraqlı və diqqətçəkən şikayət məktubu ilə mən də tanış oldum və orada qaldırılan məsələlər ilə demək olar ki, tam razıyam. Bir vaxtlar özüm bu haqda məsələ qaldırmışdım və çox təəssüflər olsun ki, Müdafiə Nazirliyinin o vaxtkı rəhbərliyi son dərəcə ciddi və aktual olan problemin mahiyyətini araşdırmadı və o məsələ bu gün də böyük bir maneə olaraq qalmaqdadır. Doğrudan da keçmiş SSRİ dönəmində Azərbaycanda yerləşdirilmiş Cənub İstiqamətləri Qoşunları, həmçinin Bakı Hava Hücumundan Müdafiə Qoşunları Hərbi Dairəsi, Qırmızı Bayraqlı Xəzər Donanması və ən böyük ordulardan biri olan 4-cü ordu SSRİ məkanında ən böyük hərbi birləşmələrdən biri olmaqla yanaşı, həm də ən böyük maliyyə resursu ayrılan qurumlar olublar. Mən özüm Zaqafqaziya Hərbi Dairəsinin Azərbaycan üzrə müxbir məntəqəsinin rəisi kimi bütün bu incəlikləri dərindən bilirdim və nəyin necə və harda olmasından da gözəl məlumatım var idi. Sözügedən birləşmə və qoşunlardan da əlavə Bakıda, Gəncədə, Lənkəranda və Naxçıvanda 4 böyük diviziyadan ibarət hərbi kontingent var idi. Diviziyalardan hər biri ən azı 14-15 min ədəd mənzil fonduna malik idilər. Mən də hesab edirəm ki, əgər SSRİ ordusundan qalan mənzil fondu vaxtında düzgün bölüşdürülsəydi, bu gün Azərbaycanda bütün zabit və gizirləri, o cümlədən ehtiyatda olanları da çox rahat şəkildə mənzillə təmin etmək olardı. Lakin mənzil fondunun “işbazlar” tərəfindən satılıb talan edilməsi nəticəsində indi hərbi xidmətdə olan və ehtiyata buraxılmış zabit və gizirlərimizin xeyli hissəsi mənzilsizdir. Demək olar ki, mənzil fondu talan edilib. Hərbi xidmətə aid olan və olmayanlar da bu məsələdən yararlanıblar. İş o yerə çatıb ki, MN-nin rəhbərliyində təmsil olunan şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dost-tanışlarına, hətta sevimli qadınlarına belə mənzillərdən hədiyyə ediblər. Bunlar söz deyil, konkret faktlardır. Mənzillərin əksər hissəsi müxtəlif hərbçilərin adına keçirilib, ardınca dərhal özəlləşdirilib və satılıb.Vaxtilə 70-80 min hərbi mənzilə malik olan Azərbaycan Silahlı Qüvvələrinin balansında olan mənzillərin sayı hazırda cüzi miqdardadır. Ədalət naminə onu da qeyd edim ki, məktubda qeyd olunduğu kimi, bu proseslər təkcə sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində deyil, ondan əvvəllər də baş verən özbaşınalıqlar nəticəsində olmuşdur. Hesab edirəm ki, Respublika Hərbi Prokurorluğu çox asan şəkildə Azərbaycan Müdafiə Nazirliyinin balansına qəbul etdiyi mənzil fondu ilə bağlı sənədlər əsasında yoxlama aparsa, xeyli sayda mənzil fondu hüquqi yollarla dövlət fonduna qaytarıla bilər və bu da minlərlə zabit və gizirimizin mənzillərlə təmin olunmasına gətirib çıxara bilər. Bəli, bu çox çətin və mürəkkəb bir işdir. Amma ümumi işin xeyrinə, düşünürəm ki bunu mütləq etmək lazımdır. Bu yoxlama həyata keçirilsə, yəqin ki, bir çox işbazlar, onların arasında təkcə MN Mənzil İstismar İdarəsinin deyil, bir vaxtlar mənzil komissiyalarının sədri olmuş nazir müavinləri, qarnizon rəisləri - generallar Məmməd Beydullayev, Çingiz Məmmədov və digərləri, hətta ola bilsin ki, müdafiə naziri olmuş şəxslər də məsuliyyətə cəlb oluna bilərlər. Məktubda qeyd edilən digər məqamlar da aktual olduğuna görə, hesab edirəm ki, yaxın zamanlarda bu məsələlər də öz həllini tapacaqdır." Geri qayıt |