Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiyanın Azərbaycana qarşı yeni "torpaq torbası" fırıldağı
Rusiyanın Azərbaycana qarşı yeni "torpaq torbası" fırıldağı9-10-2014, 11:38 |
![]() “Rusiya indi də kənd təsərrüfatının inkişafına yardım adı ilə Azərbaycanda torpaqlar alır. Çox güman ki, gələcəkdə “özəlləşdirilmiş bu torpaqların” təyinatı da dəyişəcək”. Bunu Hafta.az-a açıqlamasında Rusiyanın Azərbaycanda torpaq sahələrinin pulla alınaraq, özəlləşdirilməsinə münasibət bildirərkən politoloq Ərəstun Oruclu deyib. Politoloqun sözlərinə görə, Rusiyanın bu addımında hiyləgərlik müşahidə olunur: “Onlar gələcəkdə “kənd təsərrüfatını inkişaf etdirmək üçün” aldığı torpaqları hərbi məqsədlər üçün istifadə edəcək. Bu isə Azərbaycan üçün çox təhlükəli bir sitüasiyadır”. Ərəstun Oruclu həmçinin bildirib ki, Rusiyanın öz daxilində Azərbaycan ərazisindən bir neçə dəfə böyük istifadəsiz qalmış torpaqları var: “Rusiyanın özünün 40 milyon hektardan artıq kənd təsərrüfatına yararlı torpaq sahəsi var. Həmin torpaqlar xam torpaqlardır və istifadəyə tam yararlıdır. Gedib orada infrastruktur yaradıb qazanc götürsün də. Deməli, Rusiyanın Azərbaycan torpaqlarını “özəlləşdirməsinin” bir səbəbi var. Şimal qonşumuz Azərbaycanı “mədəni işğala” başlayıb. Onlar bu yolla yaxın gələcəkdə öz “planlarını” həyata keçirməyə çalışacaqlar. Politoloq ümumiyyətlə, Azərbaycanda torpaqların xarici ölkə sahibkarlarına satılmasına qarşı olduğunu deyib: “Kimliyindən, hansı ölkəyə icarəyə verilməsindən asılı olmayaraq belə bir addım yolverilməzdir”. Xatırladaq ki, rusiyalı iş adamları tərəfindən Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək adı altında ölkəmizin kənd təsərrüfatına yararlı sahələri adıçəkilən ölkənin “işbazlarına” müəyyən müddətə icarəyə verilib. Geri qayıt |