Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənilər Azərbaycanın neft və qaz kəmərlərini partlatmaq istəyib

Ermənilər Azərbaycanın neft və qaz kəmərlərini partlatmaq istəyib


8-10-2014, 13:51
Ermənilər Azərbaycanın neft və qaz kəmərlərini partlatmaq istəyib
“Azərbaycanın enerji layihələrinin reallaşması üçün ermənilər Avropa ərazisində yeni təhlükə yaradıblar”.

SalamNews-un verdiyi məlumata görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Əhmədoğlu deyib ki, belə təhlükə nəzəri baxımdan virtual məkanda həmişə mövcud olub: "Bakı-Tibilisi-Ceyhanın tikintisindən üzübəri ermənilər antiazərbaycanlı instinktlə daha çox idarə olunurlar. Ermənistan bir neçə dəfə Azərbaycandan Avropaya neft qaz daşıyan kəmərləri Moldovadan aldığı raketlərlə vurmaqla hədələyib. Ermənistan Müdafiə Nazirliyi bu məqsəd ilə 2 dəfə hərbi təlim keçib. Ermənistan Avropaya neft və qaz nəql edən Azərbaycan kəmərlərini əsasən Gürcüstan ərazisində partlatmaq istəyib".

Politoloq həmçinin onu da qeyd edib ki, Moldova Ermənistana raketi Aİ-nin Genişlənmə üzrə komissarı Ş.Fülenin təsiri ilə satıb: "Raketlər Ukrayna və Gürcüstan ərazisilə işğalçı Ermənistan ərazisinə daşınıb. Bu hadisə GUAM-ı süqut ərəfəsinə gətirib çıxarıb”.

Geri qayıt