Əsas Səhifə > Güney Press / Ana xəbər > “100 qvardiyaçını mitinqçilərin arasında yerləşdirmişdim”
“100 qvardiyaçını mitinqçilərin arasında yerləşdirmişdim”7-10-2014, 16:39 |
|
4 oktyabr hadisələrindən 20 il ötür. Moderator.az həmin hadisələrin mərkəzində olan və Surət Hüseynovun dəstəsini, eləcə də OMON-u zərərsizləşdirməkdə xüsusi xidmətlər göstərən Milli Qvardiyanın keçmiş komandiri Əzizağa Süleymanova müraciət edərək 20 il öncəyə qısa ekskurs etməsini xahiş edib: Əvvəli burada ...Milli Qvardiyaçıların mühafizə etdikləri obyektlərin ətrafında bu günlər ərzində bir hadisə baş verməmişdi. Milli Qvardiyanın şəxsi heyəti silaha sarılaraq hər an hazır vəziyyətdə durub baş verə biləcək hadisələrin qarşısını almaq gücünə malik idi. Tam səmimiyyətlə deyirəm ki, bu gün Azərbaycan xalqının var-dövətinə sahib çıxıb yüksək dövlət vəzifəsi daşıyan məmurların heç biri o zaman ölkə başçısının arxasında durub dövləti qorumaq iqtidarında deyildilər. Hərə öz başının hayında idi. Heydər Əliyev Milli Qvardiya döyüşçülərinə və ölkənin sadə vətəndaşlarının gücünə arxayın olaraq meydanda tək idi... Ölkə başçısı Heydər Əliyev çox gözəl başa düşürdü ki, əllərində böyük silahlı qüvvə olan bu iki şəxs-Surət Hüseynov və Rövşən Cavadov dövlətçilik amilini şəxsi ambisyalarının qurbanına çeviriblər. Onların qarşısı vaxtında alınmasa, Azərbaycan Respublikası bir neçə hissəyə parçalanacaq. Pusquda duran məkrli düşmən- erməni ordusu dərhal hücuma keçib yeni-yeni torpaqlarmızı zəbt edəcəklər. Ölkə başçısının çağrışı ilə şəhər əhalisi Prezident Aparatının qarşısına axışırdılar. Etiraf etmək lazımdır ki, ölkə başçısı Heydər Əliyev çox uzaqgörən bir siyasi gediş etmişdi. Xalqın gücünü qiyamçılara göstərmək istəyirdi. Ortada dolaşan məlumatlara görə baş nazir Surət Hüseynovun arxasında Rusiyanın hərbi sənaye kompleksinin rəhbərliyi, OMON-cuların rəhbəri Rövşən Cavadovun arxasında isə Türkiyə dövlətinin əks- kəşfiyyatı dururdu. Şəxsən mən bu deyilənlərə o qədər də inanmırdım. Rusiya səfirliyindən fərqli olaraq bu neçə gün ərzində Türkiyənin ölkəmizdəki səfiri Altan Karamanoğlu hər gün, o cümlədən hərdən gündə bir neçə dəfə Prezident Aparatına gələrək prezdentlə görüşürdü. Postda duran qvardiyaçılar bunun şahidi idilər. Prezident Aparatının qabağında ölkə başçısının xalqa müraciət edəcəyini nəzərə alıb 100 nəfər qvardiyaçıya mülki forma geyindirərək yüngül plaş altında qundaqsız avtomatla silahlandıraraq mitinqə gələn əhalinin arasında yerləşdirmişdim. Qərargah rəisi Vaqif Mustafayev şəxsən mülki geyimli qvardiyaçılara rəhbərlik edir, onların hərəkətlərini mitinqə gələn əhalinin arasında tənzimləyirdi. Mənə Milli Qvardiya komandanı polkovnik Tofiq Rəsulov tərəfindən məlumat verilmişdi ki, Rövşən Cavadovun ölkə başçısının qəbuluna gəlməsi gözlənilir. Odur ki, Prezident Aparatının əsas giriş qapısı yox, sol tərəfdəki birinci giriş qapısı baş idarənin əməkdaşları tərəfindən açılması üçün əvəlcədən hazır vəziyyətə gətirilmişdi. Rövşən Cavadova psixoloji təsir göstərmək üçün o bura toplaşan əhalinin baxışı altından keçib prezdentin qəbuluna getməli idi. Bu zaman mənə Prezdent Aparatından Qərargah rəisi Vaqif Mustafayev xəbər vermişdi ki, komandir, burada vəziyyət gərgindir, Rövşən Cavadov bir dəstə maskalı OMON-çunun müşayəti altında Prezident Aparatına gəlib. Rövşən Cavadov DMX-nin rəisi Vaqif Axundovun müşayəti ilə prezident iqamətgahına daxil olandan sonra onu müşayət edən maskalı OMON-çular da Prezdent Aparatına daxil olmaq istəyirdilər. OMON-çuların hədəsi və nalayiq sözləri ilə üz-üzə qalan komandan ortada qalmışdı. “Alfa” dəstəsi də bir hərəkət edə bilmirdi. Dərhal Aparatın qabağına gələrək bu problemi aradan qaldırdıq. Milli Qvardiya komandanının qoluna girərək onun əsəbini sakitləşdirmək üçün prezdentin çıxış edəcəyi tribunaya yaxınlaşıb əhalinin arasında mənim göstərişimlə Vaqif Mustafayev tərəfindən mülki geyimli qvardiyaçıların yerləşdiyi yerləri göstərirdim. Qvardiyaçılar demək olar ki, 30 nəfərə yaxın maskalı silahlı OMON-çuların hər birinin ətrafında üç bir- iki bir durmuşdular. Milli Qvardiyanın komandanı Qvardiyaçıları mülkü geyimdə hazır vəziyətdə görəndə eyni açılmışdı. Hiss edirdim ki, OMON-çuların təhqir etməsi ona pis təsir edib. Bu zaman təxminən saat 24 radələrində ölkə başçısı Heydər Əliyev Rövşən Cavadovla birlikdə Prezident Aparatından çıxaraq bura toplaşan əhalinin qarşısında quraşdırılmış tribunaya yaxınlaşaraq əhali arasında duran silahlı hərbçiləri üzü maskalı görəndə bir neçə saniyəlik tərəddüd edərək Baş Mühafizə İdarəsinin rəisi general-mayor Vaqif Axundova sarı dönərək nəsə soruşurdu. Vaqif Axundov yaxında olan Milli Qvardiya komandanı Tofiq Rəsulovu yanına çağırıb əli ilə tirbunadan aşağıda duran maskalı hərbçilərin kimliyi ilə maraqlanandan sonra ölkə başçısına nəsə deyəndə ölkə başçısı gülümsəyərək tirbunaya yaxınlaşmışdı. Adəti üzrə yenə də əlini başına çəkərək gecənin bu vaxtında onun çağırışı ilə Prezident Aparatının önünə toplaşan insanları salamladı. Prezident Rövşən Cavadovun kürəyinə əlini qoyaraq “Rövşən Cavadov indi mənim yanındadı” sözünü xüsusi vurğulayanda meydana toplaşmış insanların gurultulu alqış sədaları aləmi bürümüşdü. Xarici qüvələrin təsiri altında olan baş nazir Surət Hüseynovun Gəncə şəhərində yenidən qiyama əl atdığını söyləmişdi. Surət Hüseynov tərəfdarlarının Gəncədə dövlət idarələrinə silahlı hücum təşkil etdiklərini deyib ölən və yaralananların olduğunu bildirmişdi. Ölkə başçısı çıxışının axırında da gecənin bu vaxtında Prezident Aparatının qarşısına toplaşan insanlara öz minətdarlığını bildirib, 5 oktyabr 1994-cü il tarixində gündüz saat 10 tamamda hamını “Azadlıq meydanı”nda təşkil ediləcək mintiqə dəvət etmişdi…" Ardı var… Geri qayıt |