Əsas Səhifə > Güney Press / Ana xəbər > ABŞ FTB-sinin Türkiyəyə hücum təşkil etdiyi üzə çıxdı

ABŞ FTB-sinin Türkiyəyə hücum təşkil etdiyi üzə çıxdı


2-10-2014, 14:29
ABŞ FTB-sinin Türkiyəyə hücum təşkil etdiyi üzə çıxdı
Amerikadan "Daily Dot" adlı internet saytında ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB)aralarında Türkiyənin də olduğu 30 ölkəyə kiber hücum təşkil etdiyi irəli sürüldü.

Avropa.info xəbər verir ki, xəbərdə həmçinin, hücumları təşkil edən FTB-nin türk haker qrupu Redhack ilə birlikdə çalışdığı da qeyd olunub.

FTB 2012-ci ildə aralarında Türkiyə, İngiltərə, Avstraliya, Braziliya və İranın da olduğu 30 ölkəyə kiber hücum təşkil edib.

Sözügedən kiber hücumların "sapı" kod adlı FTB müxbirinin direktivləri əsasında həyata keçirildiyi önə sürülür. Açıqlanan sənədlərə görə, müxbir Türk haker qrupu Redhack ilə əməkdaşlıq edərək Türkiyədə dövlətə məxsus internet saytlarını sındırıb. Müxbirin, Türkiyədəki haker dostlarından həmin saytları hack edərək bölücü proqramlardan gizli məlumatları götürməsini istədiyi bildirilir. Sındırılan saytların "yüksək prioritetli" saytlar olduğuna diqqət çəkilir.

Kiber hücumların məqsədinin isə hədəf alınan ölkələrin liderlərinin əlaqələrini izləmək və onlar haqqında məlumatlar toplamaq olduğu ifadə edilib.

Geri qayıt