Əsas Səhifə > Güney Press / Ana xəbər > Azərbaycanın bank sistemi zəifdir
Azərbaycanın bank sistemi zəifdir30-09-2014, 14:08 |
![]() 2015-2016-cı illərdə Azərbaycanın dövlət büdcəsinin kəsiri ÜDM-in 2%-i qədər ola bilər. Fitch Ratings analitikləri Azərbaycanın uzunmüddətli xarici və milli valyuta üzrə emitentlərin ödəmə qabiliyyəti reytinqini “BBB-“ səviyyəsində təsdiq edib. Proqnoz “Sabit”dir. Həmçinin Azərbaycanın təmin olunmamış xarici və yerli valyuta istiqrazlarının buraxılışı “BBB-“də”, ölkə tavanı “BBB-də” və qısamüddətli xarici valyuta İDR-i “F3” səviyyəsində təsdiq edilib. Davamlılıq güclü dövlət balansı ilə təmin edilir. Dövlət Neft Fondunun aktivləri I yarımildə $37,6 mlrd olub. В«AMB-nin valyuta ehtiyatları nəzərə alınarsa, xarici aktivlər ÜDM-in 69%-dir. Fitch suveren aktivlərin artımını gözləyir. Analitiklər hesab edir ki, neft ucuzlaşsa, vəsaitlər maliyyə təhlükəsizliyini təmin edə bilər. Məlumatda deyilir ki, bank sistemi nisbətən zəifdir. “Beynəlxalq Bank aktivlərin keyfiyyəti ilə bağlı problemlərlə üzləşibВ», - deyə agentlik qeyd edir. Geri qayıt |