Əsas Səhifə > Güney Press / Ana xəbər > Kreml Krım tatarları ilə “savaş”a başlayıb
Kreml Krım tatarları ilə “savaş”a başlayıb30-09-2014, 13:42 |
![]() Krımın Mərkəzi Ağməscid Rayon Məhkəməsi Ukrayna Radasının millət vəkili Əbdülcəmil Mustafa Krımoğlunun Krım Vəqfi təsisçilərinin sırasından çıxarılana qədər Krım-Tatar parlament binası və vəqfə aid digər binalardan istifadəyə icazə verilməməsi haqda qərar çıxarıb. Bu barədə vəqfin başqanı Rza Şövqiyev bildirib. Krım tatarlarının lideri Krımoğlu Krımın anneksiyasından sonra bu qərarın qanuniliyini etiraf etmək barədə Rusiyanın təklifini rədd edib. Bundan sonra ona təzyiqlər başlayıb, onun yarımadaya getməsinə qadağa qoyulub. Sentyabrın 16-da KTMM-in binasında axtarış aparılıb, sentyabrın 19-da qapısı möhürlənib. Geri qayıt |