Əsas Səhifə > Güney Press / Ana xəbər > Zakir Fərəcov "Sevil" massivi zərərçəkənlərinin pulunu ödətdirir

Zakir Fərəcov "Sevil" massivi zərərçəkənlərinin pulunu ödətdirir


29-09-2014, 12:26
Zakir Fərəcov "Sevil" massivi zərərçəkənlərinin pulunu ödətdirir
“Sevil” MMC tikinti şirkətinin bağlanması nəticəsində sadə vətəndaşlara dəyən ziyanın ödənilməsi Abşeron rayonunda həyata keçirilir və prosesə birbaşa Abşeron rayon İcra Hakimiyyəti nəzarət edir.

Axar.az-a daxil olan məlumata görə, proses artıq başlayıb. Belə ki, vətəndaşların pullarının qaytarılmasına Xırdalan şəhərindəki 1 saylı notarial kontorda start verilib. Payçılar ödəniş sənədlərini təqdim edir, onların vəsaitləri də notarial qaydada geri qaytarılır. İddialara görə, artıq onlarla vətəndaşın zərəri ödənilib. Bu vaxta qədər ödənilən məbləğin 2 milyon manata çatdığı da qeyd edilir.

40 binanın, 500 fərdi evin pulunun mənimsənildiyini bildirən mənbənin sözlərinə görə, çoxsaylı vətəndaşın aldadıldığı barədə məlumat hüquq mühafizə orqanları rəhbərliyinin birbaşa nəzarətindədir. Ona görə də vətəndaşların fırıldaq yolu ilə ələ keçirilən pullarının qaytarılması və bu maxinasiyada məsuliyyətsizlik edənlərin cəzalanması barədə ciddi işlər aparılır.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi “Sevil” MMC-nin rəhbəri Aynur Zeynalovun barəsində həbs qətimkan tədbiri seçib. Aynur Zeynalov vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham edilir. Onun vəhhabilərlə əlaqələrinin olduğu da söylənilir.

Geri qayıt