Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənilər kəlbəcərli girovlarımıza "vəkil" də tutublar

Ermənilər kəlbəcərli girovlarımıza "vəkil" də tutublar


27-09-2014, 12:07
Ermənilər kəlbəcərli girovlarımıza "vəkil" də tutublar
Bu ilin yayında Kəlbəcərdə ermənilərin əlinə keçmiş və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin “vəkillərinin” kimliyi bəlli olub. Bu, qarabağlı erməni vəkil Arkadi İsraelyandır.

Bu barədə erməni “Joxovurd” qəzeti yazır. Xatırladılır ki, erməni tərəfi hər iki vətəndaşımıza qarşı “ respublika ərazisinə soxulmuş diversiya-təxribat qrupunun üzvü kimi “DQR” “Cinayət Məcəlləsi”nin bir sıra “maddələri” ilə “Cinayət işi” açıb. Jurnalistlərlə söhbətində vəkil “günahlandırılan” şəxslərlə görüşdüyünü lakin istintaq maraqları baxımından ətraflı danışmaq mümkün olmadığını söyləyib.

Geri qayıt