Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistanda fahişələrə qarşı yol nişanı quraşdırılıb
Ermənistanda fahişələrə qarşı yol nişanı quraşdırılıb27-09-2014, 11:41 |
|
İrəvan prospektlərindən birində “İrəvan-moll” ticarət mərkəzinin qarşısında yeni yol nişanı quraşdırılıb. Nişanda dayanmış maşın və klassik pozada sürücü-müştəriyə əyilmiş qadın şəkli təsvir edilib. Başqa sözlə, burada fahişələrə dayanmaq qadağan edilir. Nişanın altında isə bu sözlər yazılıb: “Əgər burada saat 22.00-dan səhər saat 10.00-a qədər fəaliyyət göstərsəniz, internetə düşəcəksiniz”. Nişanı quraşdıran “İrəvan-moll” ticarət mərkəzi bu haqda açıqlama da verib: “Nişan bir aya yaxındır quraşdırılıb. Fahişələr həqiqətən problem yaradır. Təxminən axşam 22:40-dan fahişələr bura yığılır. Nişanın qurulması ilə problemi həll etməyi qismən də olsa bacardıq. Düzdür, fahişələrlə birlikdə taksilər də yox oldu”./ans Geri qayıt |