Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Rövnəq Abdullayevin В«ölüm maşınıВ» bu il daha neçə canı alacaq

Rövnəq Abdullayevin В«ölüm maşınıВ» bu il daha neçə canı alacaq


26-09-2014, 16:05
Rövnəq Abdullayevin В«ölüm maşınıВ» bu il daha neçə canı alacaq
DİA.AZ: - Havalar soyumaq üzərədir. Bu isə Azərbaycan üçün növbəti təhlükədən xəbər verir. Bəli, maləsəf ki, Azərbaycanda hələ də insanlar dəm qazından ölürlər. Və havalar soyuduqda isinmək ehtiyacı insanlarımızı rahatlıqla bu ölümün ağuşuna atır.

DİA.AZ bildirir ki, əslində В«dəm qazı kabusuВ» birbaşa olaraq Dövlət Neft Şirkətindən asılıdır. Hər halda, evlərə verilən təbii qazın tərkibinin normalara uyğunlaşdırılması şəraitində dəm qazı insan orqanizmi üçün öldürücü həddə təhlükəli olmur. Amma bu gün ARDNŞ-nin yetkililərinin təbii qazın tərkibinə olan biganə münasibəti hər mövsümdə onlarla vətəndaşımızın canı bahasına mail olur.

Hə, gözəl millətimiz, bu ildə anoloji təhlükə ilə üz-üzəyik. Çünki hələ də Dövlət Neft Şirkətinin başında Rövnəq Abdullayev dayanır. Onun üçün isə Azərbaycanın insanının dəyərinin olmadığını əvvəlindən bilirik.

Ehtiyatlı olun. Rövnəq müəllim üçün sizin canınızın bir qara qəpik dəyərində qiyməti yoxdursa da, siz canınızın qeydinə qalın…

Geri qayıt