Əsas Səhifə > Güney Press / Ana xəbər > Hökumət bələdiyyə sədrlərinə mühüm statusları verə bilər
Hökumət bələdiyyə sədrlərinə mühüm statusları verə bilər26-09-2014, 14:29 |
![]() Bu gün Milli Məclisin Regional siyasət və yerli idarəetmə komissiyasında bələdiyyələrlə bağlı qanunlara dəyişikliklər layihəsi müzakirəyə çıxarıldı. В«Bələdiyyələrin statusu haqqındaВ» qanuna təklif edilən dəyişikliklərin hələlik bir neçəsi müzakirə təqdim olunub. Bu gün müzakirə edilən dəyişikliklər bələdiyyələrin seçiciləri qarşısında hesabat verməsi ilə bağlı idi. Məlumatlara əsasən parlamentin payız sessiyasında bələdiyyələrin statusuna ediləcək dəyişikliklər bununlayekunlaşmayacaq. Bu ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ərəfəsində yerli özünüidarəetmə qurumu olan bələdiyyələrin statusunda mühim dəyişikliklərin baş verməsi gözlənilir. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, В«Bələdiyyələrin statusu haqqındaВ» qanuna ediləcək dəyişikliklər payız sessiyasında müzakirə çıxarılacaq. Müzakirə ediləcək dəyişikliklər əsasən nigah müqavilələrinin bağlanması, yaşayış yerinə görə doğum haqqında şahədətnamələrin verilməsi səlahiyyətləri bələdiyyələrə veriləcək. Bununla yanaşı bələdiyyələrin kommunal vergi yığımlarının da qanunvericiliyə ediləcək dəyişikliklə bələdiyyələrə verilməsi nəzərdə tutulub. Daxil olan informasiyaya əsasən bələdiyyələrin mənzil təsərrüfatları üzrə səlahiyyətləri artırıldıqdan sonra müvafiq icra hakimiyyətlərinin tabeçiliyində olan Mənzil Kommunal İstismar İdarələrinin də tam ləğv edilməsi nəzərdə tutulur. Təkliflərə əsasən mənzil təsərrüfatlarının idarəedilməsi üzrə bütün səlahiyyətlər В«JEKВ»lərdən alınaraq bələdiyyələrə veriləcək. Bundan başqa bələdiyyələrə birmənalı olaraq torpaq satışında iştirak qadağan ediləcək. Bundan sonra bələdiyyələr balansında olan torpaq və digər daşınmaz əmlakları yalnız icarəyə verə biləcəklər. Məlumata əsasən təkliflərin artıq hazırlandığı və Milli Məclisin payız sessiyasının işə başlar-başlamaz müzakirə çıxarılması gözlənilir. Hələlik bu barədə rəsmi bilgilər əldə etmək mümkün deyil. Geri qayıt |