Əsas Səhifə > Güney Press / Ana xəbər > Məhkəmədən “Azərbaycan evi”nin tikintisini qadağa gəldi
Məhkəmədən “Azərbaycan evi”nin tikintisini qadağa gəldi25-09-2014, 13:44 |
![]() Sentyabrın 24-də Sverdlovsk Vilayəti Arbitraj Məhkəməsi fərdi sahibkar,Azərbaycan vətəndaşı Almaz Şıxlinskayanın iddiasına dair qərar çıxarıb. İddiaçının ərizəsi rədd edilib. Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, A.Şıxlinskaya Pioner qəsəbəsində torpaq sahəsini icarəyə götürərək orada tikinti işləri aparmaq istəyib. Amma həmin torpaq sahəsi Osnovinski parkına bitişik olduğundan şəhər administrasiyası bu ərazidə A.Şıxlinskayaya 25 mərtəbəli kompleksin tikintisinə icazə verməmişdi. Müvafiq qərar 2014-ci ilin iyununda qəbul edilmişdi. Sverdlovsk vilayətinin Dövlət Əmlakı Nazirliyi şəhərin Osnovinsk parkının bir hissəsinin Almaz Şıxlinskayaya icarəyə verilməsinə dair müqaviləni də elə o vaxt ləğv etmişdi. Buna səbəb layihə-smeta sənədlərinə əsasən tikintinin icarəyə götürülmüş torpağa bitişik ərazidə aparmaq planları idi. Üstəlik bu ərazilər ümumi istifadə üçün nəzərdə tutulub. Arbitraj Məhkəməsi buna əsaslanaraq A.Şıxlinskayanın həmin ərazidə “Azərbaycan evi” tikilməsinə icazə verilməsi barədəki xahişinə baxmaqdan imtina edib. İddiaçının məhkəmənin verdiyi bu qərardan şikayət etmək üçün 30 günü var. Xatırladaq ki, Osnovinski parkına bitişik ərazidə tikinti aparılmasına yerli sakinlər də etiraz etmişdi. Bu məsələyə diqqət çəkmək məqsədilə 2014-cü ilin may və avqust aylarında piketlər də keçirilmişdi. Sakinlər binanın tikintisi üçün parkdan 50 ağacın kəsilməsinə, uşaq oyun meydançasının ləğvinə və yaxınlıqda yerləşən iki uşaq bağçasının zərər çəkə biləcəyinə görə narahat idilər. Almaz Şıxlinskaya Azərbaycan məşhur Şıxlinskilər nəslindən olan Şahin Şıxlinskinin xanımıdır. Ş.Şıxlinski Rusiya Azərbaycanlıları Konqresinin vitse-prezidentidir və həmin torpaq sahəsində çoxmərtəbəli “Azərbaycan evi” inşa etməyə hazırlaşırdı. Binada Azərbaycan konsulluğu, Beynəlxalq Bankın filialları və s. yerləşməli idi. Geri qayıt |