Əsas Səhifə > Güney Press / Ana xəbər > Mollalara yas qadağasına etiraz barədə kim tapşırıq verir?
Mollalara yas qadağasına etiraz barədə kim tapşırıq verir?24-09-2014, 15:03 |
|
Sentyabrın 1-dən etibarən bütün ölkədə yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılmasına yol verilmir, bu məsələyə ciddi nəzarət var. İcra nümayəndələri və bələdiyyə sədrləri yas sahibinə qaydaları izah edirlər. Demək olar ki, sözügedən addım bütün əhali tərəfindən müsbət qarşılanır və yasdan sonra borclarının qalmadığını bildirilər. Hazırda Bakıda və regionlarda yas mərasimlərində ehsan verilməsi birmənalı şəkildə qadağan edilib. Amma müəyyən qədər etirazlar hələ də var. Maraqlıdır ki, etiraz edən şəxslər mollalardır. FaktXəbər-in məlumatına görə, sözügedən qadağalardan sonra bəzi yas mərasimlərində mollalar bunun qeyri-qanuni olduğunu bildirərək, heç kəsin yas mərasimlərinə qarışmağa icazəsinin olmadığını deyirlər. Hətta bəzi mollalar Dini Komitə sədri Mübariz Qurbanlının bu barədə danışdıqlarının da qeyri-qanuni olduğunu söyləyirlər. Qeyd edək ki, mollaların belə çıxışları QMİ sədri Allahşükür Paşazadənin qardaşı - millət vəkili Cavanşir Paşazadəninin qadağalar barədə dediyi, "mən atam, anam üçün ehsan vermək istəyirəmsə, kimin ixtiyarı var ki, mənə qadağa qoysun? Təbii ki, israfçılıq etmək olmaz. ”Təzəpir" məscidinin girişində də yazılır ki, salavat da, dua da, eləcə də çay, çörək də ehsan sayılır. Bütün bunlar deyilə bilər, lakin əmredici formada ola bilməz. Kim isə kiminsə gəlib qazanını götürür. Bu nə deməkdir? 37-ci ildir, repressiya dövründəyik? Səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur. Niyə onlara heç kim heç nə demir?", sözlərindən sonra bir qədər də artıb. Geri qayıt |