Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiyada azərbaycanlı boksçu yol qəzasında həlak olub
Rusiyada azərbaycanlı boksçu yol qəzasında həlak olub18-09-2014, 11:01 |
|
Baş verən yol nəqliyyat hadisəsi nəticəsində Kaluqa vilayətində 26 yaşlı azərbaycanlı boks çempionu, idman ustalığına namizəd, məşqçi,”AMOR-Kaluqa” yığma komandasının qapıçısı, Kaluqa şəhər AMOR (Rusiyanın Azərbaycan gənclər təşkilatı) regional bölməsinin əsasını qoyanlardan biri Mirqasım İsayev həlak olub. AMOR regional şöbə sədri və Kaluqa şəhər Azərbaycan milli-mədəni muxtariyyəti (AMMM) rəhbəri –Əli Cavadov, Əliş Nuriyev və Mahir İmanov şəxsində Mirqasımın dostlarına və yaxınlarına başsağlığı veriblər. Vida mərasimi dünən 11:30-da Kaluqa vilayət məhkəmə tibbi ekspertizası bürosu binasında baş tutub. Allah rəhmət eləsin! Geri qayıt |