Əsas Səhifə > Güney Press / Ana xəbər > Universitetə 650 minlik maşınla getdiyi iddia olunan tələbə

Universitetə 650 minlik maşınla getdiyi iddia olunan tələbə


17-09-2014, 16:38
Universitetə 650 minlik maşınla getdiyi iddia olunan tələbə
Bakıda 650 minlik "Lambarcini Gallardo" markalı maşınla universitetə gedən tələbə Allahverdi Axundov həm sosial şəbəkələrdə, həm də mediada gündəmi zəbt edib.

“Qafqazinfo” xəbər verir ki, Axundovun “Facebook” profilində də maşının kimi rəngarəng fotolar var. O, hesabında İstanbulda yaşadığını və Dövlət İqtisad Universitetində isə təhsil aldğını qeyd edib.

Qeyd edək ki, avropa.info saytının məlumatına görə, o, "Şərur" MTK-nın sədri "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı, İsfəndiyar Axundovun oğludur.

Geri qayıt