Əsas Səhifə > Güney Press / Ana xəbər > В«Erməni kəndi satılırВ» elanı ortalığı qarışdırdı

В«Erməni kəndi satılırВ» elanı ortalığı qarışdırdı


17-09-2014, 09:16
В«Erməni kəndi satılırВ» elanı ortalığı qarışdırdı
Türkiyənin Burasa şəhərinə bağlı Güvənli kəndində iki torpaq sahəsi satışa çıxarılıb. Biri 8416 kavdratmetr olan ərazinin qiyməti 90 min lirədir. Digər satılan ərazinin sahəsi isə 1989 kvadratmetrdir ki, onun üçün də 105 min lirə qiymət müəyyən edilib.

JAM.AZ bildirir ki, burada işin ən ilginc tərəfi satan şirkətin verdiyi elandakı sözlərdir. Belə ki, qeyd olunan şirkət özünün elanında В«Erməni kəndiВ» ifadəsinə yer verib. “700 illik ermənilərin məskunlaşdığı, təbiətin qoynunda, içi-çiə göllə əhatəlnmiş, müdhiş mənzərəsi olan 100 nəfərlik bir kənddə pensiyaya çıxmağın rahatlığını çıxarmağa ən gözəl məkanı satılır. Ərazimizdə qoz, alma, gilas, armud, fındıq, incir və digər meyvə ağacları varВ».

Bu elandakı В«erməni kəndiВ» ifadəsi çoxları tərəfindən etirazla qarşılanıb. Ərazini satan şirkət isə bu addımını xaricdən müştəri cəlb etmək üçün atdığını deyir. В«Bu əraziləri 3 aydır satışa çıxarmışıq. Bu ay içində Belçikadan bir müştəri baxmaq üçün gələcək. Elanda В«erməniВ» sözündən istifadə etməyimizin səbəbi xaricdən də müştəri cəlb etmək olub. Keçmişini çox araşdırmamışıq. Amma bildiyimiz odur ki, keçmiş erməni kəndidirВ».

JAM.AZ bildirir ki, Birinci Dünya Müharibəsindən əvvəl Gemlik və ətrafındakı digər 3 kənd həqiqətən də ermənilərin yaşadığı yerlər olub. Ümumi sayları 5000 nəfər olub. Əvvəlki adı Karsak olan kəndin sakinləri həmin vaxt sürgün edilib və onların yerinə Bolqarıstandakı türklər yerləşdirilib.

Geri qayıt