Əsas Səhifə > Güney Press / Ana xəbər > “Standard Insurance”dan ittihama mücərrəd cavab gəldi
“Standard Insurance”dan ittihama mücərrəd cavab gəldi16-09-2014, 09:19 |
![]() Bir neçə gün əvvəl “Heydər Babayevin sığorta şirkəti…İnsaf dinin yarısıdır, cənab Rəhmanov” başlıqlı yazı dərc etmişdik. Qısa xatırlatma üçün bildirək ki, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət edən Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov 18 ünvanda yaşayan Yusifov Məcid Umud oğlu “Standard Insurance” sığorta şirkəti ilə aralarındakı problemdən bəhs etmişdi: “ Mən üçmərtəbəli mülkümü “Standard Insurance” sığorta şirkətində sığortalamışam. Avqust ayında biz evdə olmayanda su borusu partlayıb və 3 mərtəbəli evimi su basıb. Mən bu barədə “Standard Insurance” sığorta şirkətinə müraciət etdim. Qiymətləndirmə departamentinin müdiri Anar Nəsirov mənə dəyən zərəri 1800 manat qiymətləndirdi. Bu heç mənim evimin parketinin pulunu ödəmir. Mən bu barədə etirazımı Anar müəllimə bildirdim və qiymətləndirmənin necə aparılması ilə bağlı ondan yazılı məlumat istədim. O, isə mənə heç bir sənəd göstərmədi. Ümumiyyətlə, Anar Nəsirov müştərilərin mənafeyini deyil, ancaq özünün xeyrini düşünərək, özünə sərf eləyən qiymətləndirmə aparır. Və heç bir səlahiyyəti olmayan qiymətləndirmə qurumlarını, öz adamlarını işə cəlb edir”. Qafqaznews.az-ın müxbiri Anar Nəsirovla telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş edib. O, bildirib ki, mən hardan bilim ki, siz həqiqətən də Qafqaz Xəbər Agentliyindənsiniz? Xeyli çək-çevirdən sonra Anar müəllimi inandırmaq olub. Ancaq o, yenə sualımıza cavab verməkdən yayınaraq bildirib ki, müştərinin sığorta sirri barədə danışmaq olmaz. Müxbirimiz ondan müştərinin sığorta sirri barədə deyil, müştəriyə dəyən ziyanın ödənilməsi ilə bağlı soruşsa da şirkətin Qiymətləndirmə departamentinin rəisi suala cavab verməkdən imtina etdi. Geri qayıt |