Əsas Səhifə > Güney Press / Ana xəbər > SOCAR-a məxsus “Azeri M-İ Drilling” Fluids LTD”-də nələr baş verir?

SOCAR-a məxsus “Azeri M-İ Drilling” Fluids LTD”-də nələr baş verir?


15-09-2014, 12:31
SOCAR-a məxsus “Azeri M-İ Drilling” Fluids LTD”-də nələr baş verir?
“SOCAR-a məxsus də ciddi qanun pozuntuları, işçilərə qarşı ögey münasibət və maliyyə fırıldaqları, ogurluq artıq pik həddə çatıb”.
Bizimxeber.az-a da daxil olan eksklüziv məlumata görə, “Azeri M-İ Drilling” Fluids LTD” – Azərbaycan – Amerika birgə müssisəsi olmaqla yanaşı, “Azeri M-İ” və “M-İ Svako” – Sultan Sultanovun ailə təsərrfatıdır.
Belə ki, “Azeri M-İ Drilling” Fluids LTD” 1996-ci ildə Sultan Sultanov tərəfindən təsis olunub. Dəniz buruqlarını kimyəvi reagentlər, qazma məhlulları və qazma üzrə operatorlarla təchiz edir. Əslində müəssisə iki hissədən ibarətdir.
“Azeri M-İ” 51 % və “M-İ Svako” 49 %…
“Azeri M-İ Drilling” Fluids LTD”-nin səhmlərinin 51 %-i SOCAR-a məxsus olması isə bu şirkətin kimlərə məxsus olmasını qətiyyən gizlətmir.
Belə ki, baş ofis ABŞ-ın Texas ştatının Hyüston şəhərində yerləşir. Birgə müəssisənin baş direktoru mütləq baş ofisdən göndərilir və əcnəbi olur. Amma Bakıda bütün nəzarəti öz əlindıə cəmləyən Sultan Sultanov ona heç bir şans tanımır. Hər iki şirkət “Azeri M-İ” və “M-İ Svako” qeyri-qanunu olaraq S. Sultanovun yaxın qohumları tırıfindən idarı olunur. LTD-də adi süpürgəçi belə kənar adam ola bilməz. Bir zözlə LTD qohumların əhatəsindədir.
Məlumatda qeyd olunur ki, şirkətdə baş verənlərdən xoşxasiyyət və mülayim adam olan baş direktor Hore Nikolasın xəbəri belə yoxdur. Sultan Sultanov işçilərin Nikolasla görüşməsinə ümumiyyətlə, imkan vermir… Belə ki, Nikolas işçilərlə görüşə gələrkən şikayətşilərin kim olduğunu oyrənmək və sonra həmin işçiyə qarşı “ölçü götürmək” üçün mütləq mütləq S.Sultanovun bacısı oglu Azad Şükürov onunla gəlir. Bir sözlə “Azeri M-İ Drilling” Fluids LTD” -də ciddi hadisələr baş verir.
Məlumat üçün bildirək ki, “Azeri M-İ Drilling” Fluids LTD” keçmiş Bakı Agırlaşdırıcılar Zavadunun balansında qurulub. Sonradan bizə bəlli olan səbəblərlə zavodun direktoru Əli Kazımov təqaüdə yola salınır və zavod Sultan Sulatovun qardaşı Məhərrəm Sultanovun adına özəlləşdirilir. Əli Kazımova bi müddət ofisdə iş verilir və sonra o da çıxarılır. Zavodu Sultan Sultanovla Dövlət Neft Şirkətinin Xarici Sərmayələr üzrə departament rəisi Vaqif Əliyev hərəsi 1 milyon manat vermıklə özəlləşdirirlər.
Bir sözlə, redaksiyaya daxil olan məlumatlarda LTD-də baş verən oğurluq halları, şlrkətdəki şəxsi avadanlıqların və avtobillərin adına milyonların necə silinməsi və daha ciddi faktlar yer alır. Daha geniş araşdırma yazısı yaxın günlərdə oxuculara təqdim olunacaq…

Geri qayıt