Əsas Səhifə > Güney Press / Ana xəbər > Qarabağda döyüşən “arabo”lar Fələstində təlim keçir
Qarabağda döyüşən “arabo”lar Fələstində təlim keçir11-09-2014, 11:54 |
|
“Onlar “Əs Sahab”ın təlim bazalarında yetişdirilir, əvəzində isə amerikalı ermənilərdən milyonlarla pul alırlar”. Hafta.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu 1–ci Qarabağ savaşında döyüşmüş, hazırda Livanda mühacirət həyatı yaşayan Danyal Krepyan deyib. Onun sözlərinə görə, “Qarabağ hökumətinin” fələstinlilərlə iş birliyi hələ 1991–ci ilin yazından başlayıb. D.Krepyanın sözlərinə görə, onun rəhbərliyi altında “əfsanəvi Arabo” (xüsusi təyinatlı terrorçular – T.T) dəstəsinə 1991-94–cü illərdə 130 döyüşçü gətirilib. D.Krepyanın bildirib ki, Qarabağ döyüşlərində iki dəfə azərbaycanlılar tərəfindən mühasirəyə salınaraq məhv edilən “Arabo” döyüşçülər 2010–cu ildən yenidən təşkil edilib: “O vaxtıkı səhra komandiri, keçmiş prezident R.Koçaryanın xahişi ilə general Ohanyan “Arabo”nu yenidən təşkil etdi”. Erməni mühacir “Əs Sahab”ın təlim bazasında erməni terrorçularla şəxsən görüşdüyünü deyib: “Mən onların bazasında olanda mənə sizinkilər də buradadır. Amma sayları çox deyil. Altı aydan sonra göndərəcəyik, dedilər”. Xatırladaq ki, Danyal Krepyan Ermənistanın “milli qəhrəmanı” Tatul Krepyanın qardaşıdır. O, keçmiş prezident Koçaryana sui–qəsddə günahladırılaraq həbs edilsə də, həbsxanadan qaçaraq Livanda mühacir yaşamağa məhkum edilib. Geri qayıt |