Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakıda 4,5 milyona şadlıq sarayı satılır
Bakıda 4,5 milyona şadlıq sarayı satılır9-09-2014, 16:04 |
|
Bakıda fəaliyyət göstərən şadlıq saraylardan biri satışa çıxarılıb. AzVision.az xəbər verir ki, satışa çıxarılan obyekt Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Filiz Palace” və “Filiz” restoranıdır. Hətta bu barədə restoran rəhbərliyi tərəfindən birja saytlarında elan verilib. Bildirilir ki, təcili olaraq şadlıq sarayı bütün avadanlıqları ilə birgə satılır. Qeyd edilib ki, restoran və zallar yeni təmir edilib. Şadlıq sarayının qiyməti isə 4 milyon 500 min manatdır. Geri qayıt |