Əsas Səhifə > Güney Press / Ana xəbər > Xaləddin İsgəndərovun rayonunda daha bir şok özbaşınalıq
Xaləddin İsgəndərovun rayonunda daha bir şok özbaşınalıq9-09-2014, 13:20 |
|
Bakınının Binəqədi rayonu ərazisində qanunsuzluğun son həddi sayıla biləcək hadisə baş verib. Avropa.info xəbər verir ki, Binəqədi rayon icra hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazinin yaxınlığında, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Polikninikasının arxasında yerləşən,"Pitomnik" adlanan bağın girişi adı belə olmayan restoranın rəhbərliyi tərəfindən bağlanılıb. Uzun illər boyu yay aylarında bu bağda istirahət edən Binəqədi sakinlərinə, bağa giriş yolundan istifadə etməyə icazə verilmir. Bağa giriş yolu qeyri -qanuni olaraq restoran tərəfindən zəbt edilib. Artıq bağa giriş yolunda adı olmayan restoran stollar düzərək müştəri qəbul edir. Yaxınlıqda yaşayan sakinlər isə 10 illərlə istirahət yeri kimi istifadə etdikləri bağa girmək üçün, 4 kilometr yol getməli və bağın arxa tərəfindən əraziyə daxil olmalıdırlar. Sakinlər dəfələrlə restoran rəhbərliyinə müraciət etsələr də, restoran rəhbərliyinin aqressiyası ilə qarşılaşırlar... Qeyd edək ki, məsələylə bağlı dəfələrlə Binəqədi rayon icra hakimiyyətinə də müraciət edilib. Lakin bütün müraciətlər nəticəsiz qalıb. Geri qayıt |