Əsas Səhifə > Güney Press / Ana xəbər > Mikayıl Cabbarov orta məktəblərdə mobil telefona qadağa qoydu

Mikayıl Cabbarov orta məktəblərdə mobil telefona qadağa qoydu


9-09-2014, 10:36
Mikayıl Cabbarov orta məktəblərdə mobil telefona qadağa qoydu
Orta məktəblərdə şagirdlərin mobil telefon işlətməsinə qadağa qoyulub.

AzVision.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Təhsil Nazirliyi tərəfindən orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bundan öncə Bakı şəhərində 30-dan çox məktəbdə bu qadağa tətbiq edilmişdi. Digər rayon və şəhərlərdə şagirdlərin mobil telefon işlətməsinə hər hansı məhdudiyyət yox idi.

Cari ilindən isə orta məktəb direktorlarına tədris prosesinə mənfi təsir edən kənar amilllərin yığışdırılması, şagirdlərin mobil telefonlardan istifadə etməsinin qarşısının alınması tapşırılıb.

Belə bir qərarın verilməsi mobil telefonun tədris prosesinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.

Geri qayıt