Əsas Səhifə > Güney Press / Ana xəbər > Nazirin aktivində daha bir meşə məhvi...
Nazirin aktivində daha bir meşə məhvi...8-09-2014, 10:05 |
![]() Masallı meşələrinin amansızcasına qırılması yerli ictimaiyyəti ciddi narahat edir. Bu barədə faktlar bu gün də davamlı surərdə redaksiyamıza daxil olan həyəcan və hiddət dolu şikayət məktublarında öz əksini tapmaqdadır. Qəzetimizin ötən saylarında biz dəfələrlə həmin məlumatlar əsasında hazırlanmış tənqidi məqalələr darc etmişik. Təqdim olunan bütün materiallarda birmənalı şəkildə göstərilirdi ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Hidayət Novruzov daşıyır. H.Novruzovun fəaliyyəti nəticəsində Masallı rayonu ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir. Məlum olduğu kimi bu rayon həm də səfalı təbiəti ilə turizmin inkişaf etdirilməsi üçün əlverişli şəraitə malikdirlər. Lakin bu həm də istirahət mərkəzi kimi pərdələnmiş müxtəlif şübhəli əyləncə mərkəzləri təsis edən işbazlar üçün cəlbedici bir məqamdır. Təbii ki, müvafiq konsepsiya və qaydalara uyğun, ölkə qanunlarını pozmadan həyata keçirilən fəaliyyət növləri belələri üçün maraqsızdır. Belə olduğu halda isə həmin şəxslərin qaranlıq işlərinə məhz H.Novruzov kimi korrupsioner məmurlar yarayırlar.Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir. Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır. Bu baxımdan Masallı rayonu da xüsusi gözəlliyə malikdir. Lakin son illər Masallı meşələrinin başı üzərini ciddi təhlükə alıb. Bu haqda rayon ictimaiyyəti tərəfindən artıq neçə müddətdir ki, müxtəlif instansiyalara ünvanlanan həyəcan dolu məktublarda da bildirilir. Belə məktublardan birində Masallı meşələrinin qeyri-qanuni qırılmasına dair iddialarla yanaşı, Hidayət Novruzovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya əməllərinə, habelə bir çox başqa qanun pozuntularına dair iddialar da ortaya qoyulur. Ərizədə bildirilir ki, meşələrdə qırılan ağacların gün ərzində gizlədilməsi və sonrakı nəqlinin təşkili üçün xüsusi baza tipli məkanlar yaradılmışdır. Belə bazalardan birinin də “Qoşa Palıd” istirahət mərkəzinin ərazisində yerləşdiyi qeyd olunur. Bir müddət bundan əvvəl isə Hidayət Novruzov “Aqrolizinq” ASC Masallı rayon filialının direktoru Eldar Hüseynovla və Masallı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rayon şöbəsinin müdiri Hamil Hadıyevlə əlbir olaraq daha bir möhətəşəm maxinasiyanın reallaşmasına nail olmuşdur. Bu məqsədlə Masallı Meşə Mühafizəsi və Bərpası idarəsinə aid olan 2500 hektara yaxın əkinə yararsız torpaqlar əkin sahəsi kimi sənədləşdirilmiş və nəticədə dövlətin 350 min manat vəsaiti mənimsənilmişdir.Ümumiyyətlə isə mənbələr son zamanlar Masallı rayonunda meşə fondu torpaqlarının müxtəlif kənd təsərrüfatı bitkilərinin əkilməsi adı altında qeyri-qanuni olaraq ev, həmçinin iaşə obyektlərinin tikintisi üçün kənar fiziki və hüquqi şəxslərə satıldığını diqqət mərkəzinə çəkirlər. Qeyd olunur ki, rayonda əkilmiş, lakin örtülü sahəyə keçirilməmiş meşə əkinlərinin faktiki sahəsi biabırçı vəziyyətdədir: “Həmin meşə əkinlərinin faktiki sahələrinin hesabat sənədlərində göstərilənlərə uyğun olub-olmamasının, onlara naryad-aktlarla çəkilmiş büdcə vəsaitlərinin miqdarının, hesabat sənədlərində göstərilmiş meşə ilə örtülü sahəyə keçirilmiş bütün növ (süni və təbii mənşəli) meşə əkinlərinin faktiki sahələrinin hesabat sənədlərində olduğu ilə uyğunluğu şübhə doğurur. Beləliklə, hektarlarla əkin sahələri baxımsızlıq, səhlənkarlıq və aqrotexniki xidmət tədbirlərinin yerinə yetirilməməsi səbəblərindən məhv olub ki, bunun da nəticəsində rayona külli miqdarda ziyan dəyib. Bütün bunlarla yanaşı, rayondakı hektarla meşə sahələri saxta sənədlərlə ayrı-ayrı imkanlı şəxslərə satılır... Geri qayıt |