Əsas Səhifə > Güney Press / Ana xəbər > Azər Sultanov "Silk Way Helicopter Services"i iflasa sürükləyir

Azər Sultanov "Silk Way Helicopter Services"i iflasa sürükləyir


6-09-2014, 13:33
Azər Sultanov "Silk Way Helicopter Services"i iflasa sürükləyir
Paytaxtın Zabrat-2 Aeroport ünvanında yerləşən "Silk Way Helicopter Services" MMC aviasiya şirkətinin fəaliyyəti və ora rəhbərlik edən şəxslərin adları bir sıra qaranlıq məsələlərdə hallandırılır. Məsələ burasındadır ki, Zabrat Hava Limanı uçuşların müvafiq qaydada həyata keçirilməsi üçün tələb olunan əraziyə malikdir. Qeyd etdiyimiz kimi, Zabrat hava limanında yerləşən şirkət Eurocopter AS332L1 (Super Puma), Eurocopter EC155B1 (Dauphin), Eurocopter EC135P2+, MI-8 MTV-1, MI-171 və həmçinin "Cessna Textron" (ABŞ) şirkətinin istehsalı olan Cessna Skyhawk 172S tipli təyyarələr də daxil olmaqla kifayət qədər böyük parka malikdir.

Aviaşirkət dənizdə, buruq platformalarında uçuş və yerə enmə həyata keçirir, həmçinin dağlıq yerlərdə sərnişin və yüklərin, təhlükəli yüklərin daşınmasını, tikinti-quraşdırma işlərini və axtarış-xilasetmə əməliyyatlarının aparılmasını reallaşdırır. Həm vətəndaşların, həm də şirkətin texnikasının, işçilərinin təhlükəsizliyinin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin "RB Tech" şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə olunmuş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmiş aeroporta giriş xüsusi yoxlanışdan sonra həyata keçirilir. Qeyd edək ki, aeroport ərazisinin ümumi sərhədi boyu olan hissələrin və daxili zonaların mühafizəsi, eləcə də giriş və çıxış məntəqələrində nəzarət sistemi, Aviasiya Təhlükəsizlik İdarəsi tərəfindən İCAO və İATA -nın təhlükəsizlik üzrə tələb olunan standartlara uyğun həyata keçirilir. Məhz buna görə də, barəsində bəhs etdiyimiz vertolyot parkı sərnişinlərin hava yolu ilə daşınması, ekskursiya və VİP uçuşlar, yükün xarici asılqanda və ya kabinada hava yolu ilə daşınması, tikinti-montaj işləri, hava patrulu çəkmə və neft-qaz boru kəmərlərinin və elektrik ötürücü xətlərinin monitorinqi, tibbi evakuasiya, axtarış-xilasetmə işləri, təcili-tibbi yardım, üzən qazma qurğularına və gəmilərə uçuşlar (offshore), aerovizual foto və video ilə bağlı uçuşlar, vertolyotların heyətlə və heyətsiz icarəyə verilməsi, vertolyotla xüsusi turlar və çarterlər (ov, balıq tutma, alpinizm və s.) reallaşdırır. Təəssüf ki, sadaladığımız işləri həyata keçirməli olan aviasiya şirkətinin rəhbəri ilə bağlı qaranlıq məqamlar aşkarlanıb. Əldə etdiyitmiz xəbərlərə görə, baş direktor Azər Sultanov vaxtilə Vergilər Nazirliyində işləyib. Ancaq həmin şəxs yarıtmaz fəaliyyətinə, iş bilməmək bacarığına görə, nazirlikdəki işindən çıxarılıb. Bundan sonra isə, Azər Sultanov "Silk Way Helicopter Services" MMC aviasiya şirkətinə baş direktor təyin edilib. Lakin görünür, onu burada da vəzifə ömrü uzun olmayacaq. Məsələ burasındadır ki, şirkətdə baş verən xoşagəlməzliklərə görə, artıq onun başının ağrıdığı vurğulanır. Bildirilir ki, vaxtilə nazirliyin rəhbəri ilə yola getməyən Azər Sultanov hazırda da AZAL Konsernin rəhbərliyi ilə xoşagəlməz münasibətdədir. Məhz buna görə də, AZAL şirkətinin rəhbərliyi "Silk Way Helicopter Services" MMC layiqli kadrı təyin etmək niyyətindədir. Bütün bunlar onu göstərir ki, "Silk Way Helicopter Services" MMC-də hökm sürən qanun pozuntuları, həmçinin şirkətin baş direktoru Azər Sultanovun işinə yetəri qədər məsuliyyət göstərməməsi barədə məlumatların bəziləri həqiqətə uyğundur. Təəccüblüdür, vətəndaşların hava yolu ilə daşınması, ekskursiya və VİP uçuşlar, yükün xarici asılqanda və ya kabinada hava yolu ilə daşınması, tikinti-montaj işləri, hava patrulu çəkmə və neft-qaz boru kəmərlərinin və elektrik ötürücü xətlərinin monitorinqi, tibbi evakuasiya, axtarış-xilasetmə işləri, təcili-tibbi yardım, üzən qazma qurğularına və gəmilərə uçuşlar, aerovizual foto və video ilə bağlı uçuşlarla bağlı xidmətləri təklif edən şirkətdə görün nələr baş verir. Məhz bu səbəbdən "Silk Way Helicopter Services" MMC-in son vaxtlar müştərilərinin sayının azaldığı bildirilir. Söylənilənlər bir daha təsdiq edir ki, şirkətin baş direktoru Azər Sultanovun həyata keçirdiyi özbaşına işlər "Silk Way Helicopter Services"in imicinə mənfi təsir edir. Onun şirkətə rəhbər təyin ediləndən uçuşların təhlükəsizliyi sahəsində ciddi nöqsanlar müşahidə edilib. İxtisaslı və hazırlıqlı işçilər buradan kənarlaşdırılıb. Bir sözlə, Azər Sultanlov "Silk Way Helicopter Services"i iflasa sürükləyir.
\\ gundelik-bakı \\
Geri qayıt